SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Xaçmazda bir məmur durumu gərginləşdirir - İTTİHAM

Xaçmazda bir məmur durumu gərginləşdirir - İTTİHAM

Tarix:

2-02-2018, 09:12

/ 3 158 dəfə oxundu.
Xaçmazda bir məmur durumu gərginləşdirir - İTTİHAM

Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Xaçmaz xidmət sahəsindən şikayətlər səngimir. Biz vacib saydığımız müraciətləri dərc edirik. Bu dəfə isə adının çəkilməməsi şərti ilə diktafona danışan nəzarətçi-çilingər ciddi faktlar açıqladı. O, bildirdi ki, yanvar ayında idarənin rəhbərliyi ilə bir illik müqavilə imzalayıb. Bundan əvvəlsə nəzarətçi olmaqla bərabər, digər sahələrdə də çalışıb. İdarə müdiri Elmir Camalov ona heç bir əsas olmadan təzyiq göstərir və işdən çıxarmaqla hədələyir. Müsahibimiz deyir ki, əvvəllər xidmət göstərdiyi ərazidə təbii qazdan qanunsuz istifadə edən bir neçə nəfər aşkarlayıb. Bununla əlaqədar abonentlərlə arasında mübahisə də olub. Onlar deyiblər ki, Elmir Camalov məsələdən xəbərdardır. Nəzarətçi dediyinə görə, xidmət sahəsinin rəisinə şifahi və rəsmi müraciət etsə də heç bir ölçü götürülməyib. “İdarədə dərəbəylik baş alıb gedir. Gizlətmirəm, elə vaxtlar olur ki, mən də obyektiv səbəblər ucbatından iki-üç dəqiqə işə gecikirəm. Lakin xidmət sahəsində çalışanların əlli faizi tamamilə işə gəlmir, başqa yerlərdə çalışırlar... Onların içərisində müqavilə ilə işləyənlərlə bərabər, daimi işçilər də var.”

Müsahibimiz Elmir Camalovun işçilərlə kobud rəftarından da danışdı. Onun açıqlamasına görə, idarə rəhbərinin yanına belə girib söz demək olmur. Söyüş söyür, nalayiq ifadələr işlədir. “Bəs biz dərdimizi kimə deməliyik? Rəis idarənin ağsaqqalıdır, hamımızı dinləməlidir. O isə əksinə, təhqirlə danışır.” Nəzarətçi qeyd edir ki, rəis ona iş yoldaşlarından donos verməyi də tələb edib. Mənbə artıq bezdiyini, Elmir Camalovun onu işdən çıxaracağı təqdirdə intihara əl atacağını, damarlarını doğrayaraq qanını rəisin sifətinə çiləyəcəyini söylədi.

“Şimal xəbərləri” olaraq nəzarətçi-çilingərin dediklərinin hamısını dərc etmirik. Lakin yaxın zamanlarda bu mövzuya daha ətraflı qayıdacaq və Xaçmaz xidmət sahəsində baş verənləri geniş işıqlandıracağıq. Hələliksə indiyədək yazdıqlarımıza qarşı tərəfdən heç bir təkzib və yaxud təsdiq gəlməyib. Yenə də rəsmilərin mövqeyini öyrənmək üçün şənbə günü Xaçmaz Regional Qaz İstismarı İdarəsinin hüquq şöbəsinin rəisi Çingiz Sultaliyevlə telefonla əlaqə saxladıq. Ona cəmi iki sualımız vardı. Lakin cənab Çingiz Sultaliyev suallarımızı cavablandırmaqdan imtina etdi: “İndi məşğulam, iş yerimə gələrsiniz”. Təkidimizdən sonra bildirdi ki, işdə deyil və vaxtı yoxdur. Nə isə...

Yazı hazırlanarkən məlumat aldıq ki, Xaçmaz rayon prokurorluğu xidmət sahəsində araşdırmalara başlayıb. Ötən dəfə bizə müsahibə verən keçmiş nəzarətçi Turab Sultanov və daha bir neçə nəfər quruma çağırılaraq izahatları alınıb. Turab bizə bildirdi ki, rayon prokuroru Elxan Əbdürrəhimov onu qəbul edib, diqqətlə dinləyib və məsələyə ciddi yanaşıb. Daha bir nəzarətçi də rayon prokurorunun yanında olduğunu təsdiqlədi izahat vediyini və qurumdan razılığını ifadə etdi.

Biz də ümid edirik ki, Xaçmaz rayon prokurorluğu Xaçmaz xidmət sahəsində baş verənləri obyektiv şəkildə araşdıracaq.
“Şimal xəbərləri”

Şərhlər

XƏBƏR LENTİ