SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “Azərişıq”-ın “Şirvan” RETSİ-ndə inanılmaz korrupsiya

“Azərişıq”-ın “Şirvan” RETSİ-ndə inanılmaz korrupsiya

Tarix:

31-01-2018, 09:56

/ 3 916 dəfə oxundu.
“Azərişıq”-ın “Şirvan” RETSİ-ndə inanılmaz korrupsiya

Təxminən iki il öncə, 2016-cı ilin mart ayında Nazirlər Kabineti “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişikliklər edərək regional elektrik şəbəkələrini ləğv etdi və 7 regional enerji təchizatı və satışı idarəsi yaradıldı. Təxminən bir ay sonra isə “Azərişıq” ASC-nin tabeliyində olan “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) iki yerə bölünərək yerində “Cənub” və “Şirvan” RETSİ yaradıdlı və bununla da qurumun tabeliyində olan RETSİ-lərin sayı 8-ə çatdı. “Şirvan” RETSİ-yə Hikmət Həsənov rəis təyin olundu. Mərkəzi Şirvan şəhərində yerləşən “Şirvan” RETSİ-yə Şirvan, Salyan, Hacıqabul, Neftçala elektrik şəbəkələri tabe edildi. Bununla yanaşı, əvvəllər “Aran” RETSİ-yə daxil olan Saatlı və Sabirabad elektrik şəbəkələri də hazırda “Şirvan” RETSİ-nin tabeliyindədir. Bu yazımızda “Şirvan” RETSİ və onun rəisi Hikmət Həsənovla bağlı bəzi məqamlara toxunacayıq.
Bildirək ki, H.Həsənov əvvəllər “Azərenerji”nin Enerji Təchizatı İdarəsinin rəisi vəzifəsində çalışıb. Bu postda olarkən də onun adı mediada müxtəlif qalmaqallarda hallanıb: “E.Pirverdiyevin yaxın dostudur, onun “əsas işi” isə rayonlarda olan enerji təchizatı idarələrindən haqq yığmaqdır”. Araşdırmamıza görə H.Həsənov “Azərenerji”dən məhz bu kimi qalmaqallara görə uzaqlaşdırılıb. Amma “bacarıqlı məmur” dərhal da özünə iş tapıb və Baba Rzayevin ilk regional idarələrindən birinə rəis təyin olunub. Hikmət Həsənovun Şirvan RETSİ-də maxinasiya və korrupsiya əməlləri haqda daxil olan məlumatlar isə kifayət qədər ciddidir. Redaksiyamıza daxil olan məlumatlarda rəis H,Həsənovun satış üzrə müavini Ceyhun Rzayevlə birgə korrupsiya əməliyyatlarından bəhs olunur. Onu da bildirək ki, rəisi kimi müavin C. Rzayevin də məmur keçmişi şəffaf deyil. Belə ki, daxil olan məlumatlarda onun hələ “Azərenerji”də işləyən vaxt Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən fəaliyyətinin araşdırıldığı və məhkəmə qətnaməsi ilə dövlətə vurduğu zərərin ödənildiyi bildirilir.
Hazırda Şirvan RETSİ-də rəis Hikmət Həsənovla müavin Ceyhun Mirzəyevin rəhbərliyi altında aparılan ən uğurlu maxinasiya prosesi yeni tikilən binaların sayğaclaşdırılması ilə bağlıdır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə Şirvan şəhərində “Sərvət Tikinti” MMC, “Şəfəq İnşaat” MMC və “Ana Kür” MMC tərəfindən tikilən çoxmənzilli yaşayış binalarına məhz Şirvan RETSİ-nin rəhbərliyi tərəfindən hər biri 200 manat olmaqla sayğaclar satılır. Adi qaydada sayğcların bazar qiyməti 50-70 manat təşkil edir. Şirvan RETSİ rəhbərliyi isə tikinti şirkətlərini binalara işıq verilməyəcəyi ilə təhdid edərək onlara öz qiymətlərini diktə edir. Maraqlıdır ki, adıçəkilən binalara quraşdırılan və Hikmət Həsənov-Ceyhun Mircəyev cütlüyü tərəfindən satılan sayğaclar üzərində “Azərişıq”in standarta uyğunluq möhürü yoxdur.
Şirvan RETSİ-də digər bir gəlir mənbəyi isə iri müəsisələrə texniki şərt verilməsi və yüksək gərginliyə uyğun sayğacların quraşdırılması ilə bağlıdır. Şirvan şəhərində belə əməliyyatların bir neçəsi haqda da məlumat daxil olub. Məsələn, “Bolluq” supermarketə texniki şərt olmadan 3 fazaya uyğun sayğac yerləşdirilib. Normalda bu proses müəsisənin dövlətə rüsum ödəyərək texniki şərt alması ilə həyata keçirilməliydi. Amma rəis H.Həsənovun “elmi kəşfi” sayəsində daha az miqdarda (bu proses 3-5 min manata həyata keçirilir) rüşvətlə görülüb. Eyni əməliyyat “Yaşıl” market, “Rövşən” şadlıq sarayının yanındakı çörək sexində də aparılıb. Hər bir obyektdə isə onun biznes gücünə uyğun rüşvət qiyməti 3 min manatdan 8 min manatadək dəyişib. Şirvan RETSİ rəisinin ən unikal tədbiri isə Bəhram adlı sürücüsünə məxsus kafeyə heç bir sənəd və texniki şərt olmadan 3 faza sayğac qoydurması olub.
Rəhbərlik nə qədər təkzib etsə də “Azərişıq”ın regional idarələrində baş verən qanunsuzluqların şəxsən Baba Rzayevə aidiyyatı olmadığına inanmaq çətindir. Çünki adi jurnalist araşdırması zamanı ciddi faktlar ortaya çıxırsa, B.Rzayevin bundan xəbərsiz olması mümkünsüzdür. Yoz əgər doğurdan xəbərsizdirsə, onda rəhbər özü terində deyil. Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ilə bağlı bu günlərdə dərc etdiyimiz yazımızda araşdırmalarımızı davam etdirəcəyimizi bildirmişdik.
Redaksiyamıza “Şirvan” RETSİ-nin rəisi Hikmət Həsənov və onun müavini Ceyhun Mirzəyevin rəhbərliyi altında aparılan qanunsuzluqlar haqda yeni məlumatlar daxil olub. Şirvan RETSİ-nin rəhbərliyi son dövrlərdə yeni qazanc mənbəyi ixtira edib. Belə ki, qeyri-əhali qrupuna aid olan smartkart sayğaclarında texniki şərtə əsasən proqram təminatının məhdudiyyətini aşmaq məqsədi ilə daha texniki şərti dəyişməyə və qanuna müvafiq güc artımı etməyə heç bir lüzum görmürlər və nəticədə “Azərişıq” ASC-nin büdcəsindən yan keçməklə istehlakçıyla “razılaşaraq” onların sayğaclarının güc məhdidiyyəti funksiyası olmayan İran və Rusiya istehsalı olan qeyri smart sayğacları ilə əvəz edirlər. Beləliklə də, istehlakçı istədiyi gücdə yük qoşaraq mövcud infrostrukturu sıradan çıxarır və nəticədə ölkə başçısının xüsusi diqqət və qayğısı altında milyonlarla manat investisiya buraxılmış transformatorlar və yarımstansiyalar Şirvan RETSİ-nin rəhbərliyinin şəxsi mənafeyinin qurbanı olaraq tez bir zamanda sıradan çıxır. Sözügedən məsələ ilə bağlı bir neçə obyektlərin siyahısını diqqətinizə çatdırırıq:
Siyahı ilə bağlı oxucularda aydınlıq yaranması üçün bəzi məqamlara toxunaq. Məsələn, siyahida yer alan “Yaşil market” texniki şertinde sayğacin gücü 9 kvt.s.-dır. Amma cumhuriyyet.az olaraq əldə etdiyimiz məlumata görə, bu obyekt. iri olduğu üçün 10 kondinsioner işlədilir. 10 kondisionerə isə 20 kvt.saat güc lazimdir. Gücün 1kvt saatı 153 azn.-dir. Deməli, “Yaşıl Market” 20 kvt sayğac ücün dovlətə 3000 azn-dən artıq pul odeməlidir. Amma yuxarıda da qeyd etdiyimiz kimi, bu obyektin texniki şertinde sayğacin gücü 9 kvt.s kimi göstərilib ki, bunun da dövlət rüsumu 9*153=1590 azn-dir. Sayğac qurulub 30 kvt gücündə, yəni 21 kvt.saat artiq yukle. Bu da edir 21*153= 3213 azn. 3213-1590=1623 azn dövlətdən yayındırılır. Bu proses digər göstərilən obyektlərdə də eyni qaydada həyata keçirilir.
Sayğaca 25 klovat.saatdan artıq güc lazim olsa texniki şert vərməkçün əlavə transfarmatorun quraşdırılması vacibdir. Cünki 25 kvt.s. 20 ailənin işlətdiyi enerjini birdən işlədir. Bu da əhaliyə xidmət edən transfarmatorun həddən ziyadə yüklənməsinə səbəb olur. Məhs bu kimi maxinasiyalar səbəbindən dövlət vəsaiti ilə quraşdırılan transfarmatorlar tez-tez sıradan çıxır. Nəticədə həm dövlətə ziyan dəyir, həm də əhali işıqsız qalmaqla narazılıq yaranır.

Mövzunu davam etdirəcəyik…

cumhuriyyet.az
“Azərişıq”-ın “Şirvan” RETSİ-ndə inanılmaz korrupsiya
“Azərişıq”-ın “Şirvan” RETSİ-ndə inanılmaz korrupsiya

Şərhlər

XƏBƏR LENTİ