Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Cəlilabad rayon Privolnoye kənd sakini, Abdullayeva Nazlı Sədaqət qızı tərəfindən
Şikayət ƏRİZƏSİ
Cənab Prezident bizim də yaşamaq hüququmuz var!
Nəzərinizə çatdırıram ki, mən iki az yaşlı uşaq anası heç bir yerdə işləməyən Abdullayeva Nazlı Sədaqət qızı , Həyat yoldaşimdan boşandığım gündən qapılarda qalmışam.
Qeyd edim ki, 13.03.2013 -ci il tarixdə boşanmışam .Bizim gələcəkdə yaşamağımız üçün məhkəmədən sığınacaq istədik mənə cavab olaraq məhkəmənin icraçıları Ruslan- Səbuhi və vəkil Habil müəllim bildirdilər ki, qarşı tərəfin heçnəyi yoxdur sizə verməyə, gedin bir təhər başınızı saxlayın. Alimentin nə vaxt kəsilər nə alırsız onunlada dolanarsız .Məndə bildirdim ki, bu nə deməkdir qanun belə demir axi ay müəllimlər? mən indi harada qalacam ? icraçılar sualıma cavab verməyib susmağı üstün tutdular. Təsəvvür edin ki, o gündən bu günə necə həyatımızı yaşamışıq. Cəhənnəm əzabi ilə.
İndi hal hazırda Privolnoye kənd Şəhid Elnur Hüseynov adina 1-saylı tam orta məktəbin müəllimlər üçün ayrılmış yaşayış evində yararsız vəziyyətdə olmasına baxmayaraq əlacsizliqdan iki az yaşlı xəstə uşaqla sığınmışam. Cəlilabad rayon Məhkəməsinin çıxartdığı qərara görə iki xəstə uşağa 150 manat aliment kəsilmişdir. Lakin bu günə qədər aliment ödəyicisi, uzun müddət iki xəstə uşağı süründürür və 100- 40-30 manat ayrı-ayrılıqda poçt vasitəsi ilə pul gondərir onuda qeyd edim ki, 13 .03.2013-ci il tarixdən bu vaxta qədər hələdə ayrilan 150 azn aliment tam odənilmir.
müxtəlif bəhanələr gətirərək yari tikə ödənir o da az yaşlı məktəbli xəstə uşaqların problemini təmin etmir. Hall hazirda uzun müddət təxmini 1000 manata yaxın yığılmış qalıq alimentlər ödənməməkdədir. Onun da ödənilməməsinin səbəbkarı Cəlilabad rayon Məhkəməsində çalışan bizim işin icraçısı Elşad müəllimin işimizə biganə yanaşması və alimentin tam ödənilməməsində bilavasitə o günahgardır. Çünki hərdəfə aliment vaxtında ödənilməyəndə məhkəməyə uz tuturuq şikayətimizi bildirəndə , Elşad müəllimin mənə və xəstə uşaqlarıma cavabı o olur ki, şükür eləyin 30-40 manat ödəyirdə, heç başqaları onuda ödəmir. İcraçı Elşad müəllimin şəxsən bizim işimizin düzgün aparılmaması və layiqincə icra olunmasında, zərərçəkən tərəf olaraq düşünürəm ki, Elşad müəllim hardasada qarşı tərəflə təklif olunmuş muxtəlif iyanələrə aldanaraq, alimentin yubadılmasında və tam ödənilməməsinə şəxsi maddi maraq güdür.
1-ci sual: Təsəvvürr edin ki, qazsız, işiqsız susuz bir yasayış evdə əgər ona yasayiş yeri demək olarsa , yaşamaq olarmı ?
2-ci sual : Bir aya iki xəstə uşağa və uşaqların himayədarlığında olan Anaya 30 manatla ərzaq dərman pulu çatarmı və sizcə bu pulnan necə yaşamaq olar?
Azərbaycan vətəndaşı olaraq : əminəm ki, bizim fəryadımıza lazımı orqanlar səs verəcək və şikayətimizin təmin olunmasında yaxından köməklik göstəriləcəkdir.
İmza : Abdullayeva Nazlı
Tel: 051 6376986
xalqxeber.az