Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında Qarabağ qazisindən də xərçəng xəstəsinə görə pul alırlar
"Həyat yoldaşım iki ildir ki, xərçəngdən əziyyət çəkir. Həkimlər bu iki ildə az qalıblar ki, məni də bu xəstəliyə düçar edələr. Hökümətin pulsuz verdiyi dərmanları yerli həkimlər bizə od qiymətinə satır."
Bu sözləri Cebhe.info-ya Qarabağ müharibəsi veteranı, ikinci qrup əlil, Bakir Abdullayev deyib.
Bakir Abdullayev Ağdam rayonunun Seyidli kəndindən məcburi köçkündür. O, hazırda Ağdam rayonunda məcburi köçkünlər üçün salınmış Baharlı qəsəbəsində yaşayır.
Artıq iki ildir ki, həyat yoldaşının tutulduğu xərçəng xəstəliyi ilə mübarizə aparan ailə, artıq həkim özbaşınalığına dözə bilmədiklərini deyir:
"Yoldaşım Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Onkologiya şöbəsində əməliyyat olunub. Həmin zaman xəstəxanaya 500 manatdan artıq pul vermişəm. İndi isə hər "ximya" üçün həkimlər məndən xeyli miqdarda pul tələb edir. Demək olar ki, yoldaşımın aldığı 55 manat pensiyanın üstünə də 100 manat qoyub onun dava-dərmanlarına xərcləyirəm."
B.Abdullayev dəfələrlə həkimlərə bu dərman preparatlarının pulsuz olduğunu desə də, müharibə veteranına dərmanın xəstəxanaya pulla göndərildiyini bildiriblər.
"Sizdən artıq dərəcədə xahiş edirəm ki, Ağcabədi xəstəxanasındakı həkim özbaşınalıqlarını ictimailəşdirəsiniz görək bunlara kim ixtiyar verib?" - deyə, Qarabağ veteranı bildirib.
Məsələyə münasibət bildirən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəhbər Əzizov öncə baş verənlərdən xəbərsiz olduğunu, daha sonra sözügedən şəxsə müalicə işlərində yaxından köməklik göstərəcəyini bildirib. Həmçinin o, xəstəxanada bəzi xırda dərman pereparatlarının xəstə tərəfindən ödənildiyini təsdiqləyib.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...