SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » 7 milyonu yeyən Lerikin başçısı hara baxır?

7 milyonu yeyən Lerikin başçısı hara baxır?

Tarix:

18-02-2017, 00:17

/ 1 983 dəfə oxundu.
7 milyonu yeyən Lerikin başçısı hara baxır?

Cənub bölgəsinə güclü qar yağıb

Məlumata görə, rayonun ucqar kəndlərində qarın qalınlığı 1,5 metrə çatıb.

Rayon mərkəzini kəndlərlə birləşdirən, Bürsülüm ərazi vahidliyindən keçən yolda qar uçqunu baş verib. Bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib.

Rayonun Orand ərazisində qarın qalınlığı 1,5 metrdən çoxdur və yollar bağlanıb. Ötən gündən rayonun mərkəzində və bəzi kəndlərdə elektrik enerjisi fasilələrlə verilsə də, bəzi kəndlərdə işıq tamamilə sönüb.

Elektrik naqilləri və dirəklər sıradan çıxıb. Qar fəlakətini təbiətin şıltaqlığı kimi poetik cümlələrlə xarakterizə etmək olar.

Bunu təbii fəlakət də adlandırmaq olar. Amma Lerik sakinləri rayon icra hakimiyyətinin laqeydliyi və dövlət qurumlarının biganəliyindən cana doyub.

Onların sözlərinə görə, qar yağsa-yağmasa, yenə də rayonda infrastruktur sıradan çıxır, heç bir iş görülmür, ayrılan vəsaitlər mənimsənilir.

Nəticədə hər il qar ya yağış yağanda Lerikin kəndləri ilə əlaqə kəsilir, sakinlərdən xəbər almaq olmur, xəstəsi, körpəsi olan, doğuşa çatmaq istəyən, təcili yardına ehtiyacı olanlar imdad deyə sanki girovluqda saxlanırlar.

Bu faciənin və fəlakətin səbəbkarı icra başçısı Rövşən Bağırov göstərilir. Onun vəzifədə olduğu dövrdə Lerik inkişaf etməyib, kommunikasiya və infrastruktur yenikənməyib. İnformnasiya və texnologiyalar dövrü olsa da, azca qar və ya yağış düşən kimi Leriklə əlaqələr kəsilir.

İndi insanlar Afrikadakı dostları ilə skaypla danışır. R.Bağırovun isə başı elə qarışıqdır ki, Lerikdə qar yağan kimi yollar bağlanır, işıqlar sönür, rayon Allahın ümidinə qalır.

Məlumata görə, Lerik sakinləri ölkə başçısına müraciət edərək yerli məmurların talançılığından şikayətlənir. Prezidentin Noda-Şingədulan-Xanagah yoluna ayırdığı 10 milyon manatın qaranlıq taleyindən bəhs edirlər.

Lerik sakinləri bildirirlər ki, prezident əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə vəsait ayırıb sərəncamlar versə də, yerli məmurlar ayrılan vəsaitlərin bir hissəsini mənimsəyərək prezidentin sosial inkişaf proqramının həyata keçirilməsinə əngəl olurlar.

50 dağ kəndinin və 30 min insanının həyat şəraitini yüngülləşdirəcək olan Noda-Şingədulan-Xanagah yoluna ayrılan vəsaitin yarısı yerli məmurlar tərəfindən mənimsənilib.

Yaranmış vəziyyət yolun tikintisini həyata keçirən “Yoltikintinəqliyyatservis” MMC rəhbərliyini də çətin vəziyyətə düşmüşdü.

Rayondan mediaya verilən məlumatlarda deyilirdi ki, yola ayrılan 3 milyon vəsaitin 30 faizi Lerik rayon İcra hakimiyyətinin başçısı Rövşən Bağırova nəqd şəkildə çatdırılıb. Amma məsələ bununla da kifayətlənmirdi.

Belə ki, “Yoltikintinəqliyyatservis” MMC rəhbərliyi bu vəziyyətdən şikayət etsə də, icra başçısı onlarla anlaşa bilmişdi. Vəziyyətin ən kritik dönəmi isə prezidentin növbəti sərəncamından sonra üzə çıxdı.

Şərhlər

XƏBƏR LENTİ