XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Tərtərin icra başçısının fəaliyyəti Elmar Vəliyevi qane etmir?

Tərtərin icra başçısının fəaliyyəti Elmar Vəliyevi qane etmir?

Tərtərin icra başçısının fəaliyyəti Elmar Vəliyevi qane etmir?
17-02-2017, 19:09

Müstəqim Məmmədov vəzifəsini itirir - İddia

Elmar Vəliyev Müstəqim Məmmədovun yerinə namizəd hazırlayır və onun təklif etdiyi namizəd Bərdə rayon Maliyyə İdarəsinin rəisi işləyən Mehman Allahverdiyev olduğu bildirir.

Nəqliyyat naziri Ziya Məmmədovun vəzifəsindən uzaqlaşırılmasındna sonra yaxın aylarda hakimiyyət içində ciddi islahatların olacağı barədə iddila artıq öz təsdiqinin tapmaqdadır. Bahara qədər Prezident İlham Əliyev harınlamış məmurları təmizləməklə yeni kadrlarla dövlət suturkturlarını daha da möhkəmləndirəcəyi iddia edilir. Ölkə rəhbərinin bu kadr islahatlarını isə rayon icra başçılarından başlayacağı xəbərləri isə xeyli müddətdir ictimaiət arasında dolaşmaqadır.

Daxil olan məlumata görə vəzifədən azad olunması gözlənilən icra başçılaır arasında Tərtər rayon icra başçısı Müstəqim Məmmədov da var. Gəncə şəhə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə bağlı olduğu deyilən Müstəqim Məmmədovdan davamlı olaraq şikayətlərin artması və bir sıra sosial layihələrin icrasında böyük korrupsiya faktlarının olması Tərtərə yeni başçının gətirilməsini gündəmə gətirib və bu məsələ artıq Elmar Vəliyevin də diqqət məkzinədədir. Bu barədə AzFakt.com-u məlumatlandıran mənbə bildirir ki, Gəncəbasar “qubernatoru” kimi tanınan Elmar Vəliyev Müstəqim Məmmədovun yerinə namizəd hazırlayır və onun təklif etdiyi namizəd Bərdə rayon Maliyyə İdarəsinin rəisi işləyən Mehman Allahverdiyev olduğu qeyd olunur. Vəliyevlərə qohum Mehman Allahverdiyev həmçinin Yevlaxın icra başçısı Qoca Səmədovun və Bərdənin icra başçısı Vidadi İsayevin də qohumu olduğu bildirilir. Və bu qohumluluqlar Mehman Allahverdiyevin Tərtərə icra başçısı getməsi şansını artıran faktorlardan biri hesab olunur. Qoca Səmədovla quda olduqdan sonra dayaqlarını bir azda artıran Mehman Allahverdiyev Yevlax Maliyyə idarəsindən Bərdə rayonuna Maliyyə İdarəsinin rəisi vəzifəsinə gətirilən Mehman Allahverdiyevə hər üç icra başçısının zamin durduğu bildirilir.

Mənbə bildirir ki, əslində Mehman Allahverdiyevin Bərdəyə göndərilməsi Elmar Vəliyevin planı olub və Elmar Vəliyev Mehman Allahverdiyevi daha böyük rayona Maliyyə İdarəsinin rəisi vəzifəsinə göndərməklə, əslində icra başçısı vəzifəsinə getmək yollarını təmizləiyr.

Mənbə bildirir ki, Elmar Vəliyevin Müstəqim Məmmədovdan əsas narazılığı işini normal şərtlər altında qura bilməməsi və bu üzdən də ondan şikayətlərin hər gün artmasıdır. Müstəqim Məmmədov Elmar Vəliyevin kadrı olduğuna görə şikayətlərin çox olması Gəncənin icra başçısının nüfuzuna və etimadına xələl gətirir. Bu üzdən də artıq ən yüksək dairlərdə Müstəqim Məmmədovun vəzifədən alınması razılaşdırılıb.
Mənbəmiz bildirir ki, əslində əslində Müstəqim Məmmədovun vəzifədən almınması Elmar Vəliyevin təklifidir və bu yolla Gəncənin icra başçısı özünə olan etimadı qorumağa çalışır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.