Gəncə sakinləri "Oyal"dan narazılıq edir - VİDEO
Məktəb və ofis ləvazimatlarının istehsalı və satışı ilə məşğul olan "Oyal" şirkəti növbəti dəfə ciddi yanlışa yol verib.
Şirkətin orta məktəb şagirdlərinin istifadəsi üçün istehsal etdiyi pozanlar azyaşlılarda kriminal hərəkətlərin formalaşmasına səbəb ola bilər. Belə ki, redaksiyamıza Gəncə şəhərində yerləşən "Gandja Mall"dakı "Bravo" supermarketində çəkilmiş video göndərilib. Videonu göndərən Gəncə sakinləri durumdan şikayət edirlər. Onların sözlərinə görə, şirkətin istehsal etdiyi və düyməli bıçaq formasında olan pozan uşaqlarda soyuq silah işlətmə vərdişi yarada bilər: "Biz bilmirik bu şirkətin məqsədi nədir. Bir müddət əvvəl də satışa üzərində tariximizi saxtalaşdıran ifadələr olan dəftərlər buraxmışdılar. Bir şirkət pul qazandığı, xeyrini gördüyü cəmiyyətə niyə düşmən mövqeyi tutmalıdır? Əgər bu hansısa əməkdaşın texniki səhvi, yaxud yanlışlıq adlandırılacaqsa, o zaman aidiyyatı dövlət qurumları hara baxır?!"
Xatırladaq ki, bir müddət əvvəl "Oyal" şirkəti yenə orta məktəb şagirdlərinin istifadəsi üçün nəzərdə tutulmuş dəftərlərin üzərində Nizami Gəncəvini fars ədəbiyyatının nümayəndəsi kimi təqdim etmişdi.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
AFN.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...