Gəncənin canı ondan qurtaracaq... - Oliqarxa çevrilmiş Vəliyev yola salınır
Daha bir icra başçısı vəzifəsindən alınır. Bu barədə mötəbər mənbələrdən informasiya daxil olub.
Xəbəri verən qaynaq iddia edir ki, artıq bu barədə tədarük görülür.
Mənbə Elmar Vəliyevin bundan sonra Bakı rayonlarından birinə gətiriləcəyi ehtimallarından da danışıb. Mənbənin söylədikləri:
"Elmar Vəliyev istəyir ki, yeni vəzifəıyə gəlsin. Amma bu barədə imkanları məhduddur. Hətta himayədarları da ona kömək edə bilmirlər. Ona görə də bacardığı qədər Gəncə RİH başçısı postunda çox qalmağa çalışır".
Qeyd edək ki, Elmar Vəliyev bu günə qədər Gəncənin tarixi yerlərinin məhv edilməsilə diqqətə gəlib. Bununla bağlı yerli KİV-lərdə də yetərincə informasiyalar yazılıb.
Ona görə də Elmar Vəliyevin görəvdən alınmasına gəncəlilərin sevinclə yanaşacağı şəkksizdir.
Qeyd edək ki, "yuxarıların" son siyasətindən, aparılan son kadr islahatlarından görünəni budur ki, artıq hakimiyyət oliqarxiyaya "əlvida" deməkdədir. Elmar Vəliyev də özünün və aid olduğu çevrələrin imkanları ilə oliqarxa çevrilmiş icra başçılarından hesab olunur. Ona görə də Elmar Vəliyevlə bağlı qərarı da oliqarxiyaya vurulan növbəti zərbə kimi də dəyərləndirmək olar.
İddia olunanlarla bağlı maraqlı tərəfləri də dinləməyə hazırıq. Əlavə bilgilərimiz olacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...