SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Zərdabda görünməmiş ÖZBAŞINALIQ - FOTOLAR

Zərdabda görünməmiş ÖZBAŞINALIQ - FOTOLAR

Tarix:

29-12-2017, 09:53

/ 2 003 dəfə oxundu.
Zərdabda görünməmiş ÖZBAŞINALIQ - FOTOLAR

Zərdab rayonu Gödəkqobu kənd sakini Yeni Azərbaycan Partiyasının üzvü İmanova İlhamə Mayıl qızı xalqxeber.az-a yolladığı müraciətində ürəkdağlayan probleminə toxunur. Həmin müraciəti olduğu kimi təqdim edirik:

"Bəlkə də bu dünyada görünməmiş biabırçılıqdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nairliyi və Zərdab rayon Mərkəzi Xəstəxanası həyata keçiriblər.Mənim övladım 06.12.1999-cu il tarixdə anadan olmuş İkramlı Nəzmiyyə İkram qızı anadan gəlmə qolları şikəstdirki buna görə əmək qabiliyyəti tamamilə yoxdur. 18 yaşına kimi onun əlilliyinə görə 74 manat müavinət alırdım. 15 noyabr 2017-ci il tarixdə 18 yaşının tamam olduğuna görə şikəst qızıma əlillik dərəcəsi təyin edilməsi üçün səndələrini Zərdab rayon Mərkəzi Xəstəxanası vasitəsi ilə Əmək və Əhalinin Sosail Müdafiəsi Nazirliyinin Tibbi Sosail Ekspert Komissiyasına elektron qaydada göndərdik. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası ömürlük şikəst və sağalmaz xəstə olan qızıma əllik dərəcəsi təyin edilməsindən imtina etdilər.Səbəb kimi isə qeyd edilib ki, "Göndərişin natamam doldurulması. Rentgenoqrafiya müayinəsi olunmayıb. Xəstənin Elmi-Tədqiqat Travmatologiya İnstutunda müayinə və müalicəsi məsləhətdir."
Ömürlük şikəst sağalmaz xəstə olan qızımın diaqnozu isə budur "Çiyin qurşağı daxil olmaqla yuxarı ətrafın(ların) anadangəlmə anomaliyaları, - Hər iki ətrafların anadangəlmə anomaliyaları. Hər iki əlin mil-bilək oynaqlarından saidə doğru kəskin deformasiya və əyriliyi. Hər iki saidi sümüklərinin qısalığı, inişafdan qalması sayının azalması. Hər iki əlin I barmaqların olmaması, əllərin bükülü vəziyyəti. Dirsək və mil-bilək oynaqlarının ankilozu. Yuxarı ətrafı (ətrafları) qısaldan digər defektlər. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Qeyri-iradi sidik ifrazı. Əlin anadangəlmə deformasiyası. Oynağın ankilozu. Yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar digər problemlər."
Qeyd edim ki, anadangəlmə şikəst olan qızım Nəzmiyyənin paltarını mən geyindirirəm, yeməyini yedizdirirəm.Həmçinin onda qeyri-iradi sidik ifrazı xəstəliyi var ki, hər gün 10 manatlıq uşaq bezi alırıq. Belə bir ömürlük şikəsti və sağalmaz xəstənin haqqını tapdamaq ən ağır günahdır ki, bunu ƏƏSMN edib. Qeyd edim ki, əlilliyinə görə qızıma verilən 74 manatı 2016-cı ilin 5 ayında mənimsəyib vermədilər.Səbəbini soruşduqda mənə dedilər ki, bunu Səlim Müslümov etdirib.ƏƏSMN-dən mənə deyirlər ki, qızınızın sənədlərini Zərdab Rayon Mərkəzi Xəstəxanası elektronla düz göndərməyib.Zərdab Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ruslan Nemətli isə bildirir ki, ƏƏSMN yalan deyir pul vermədiyiniz üçün şikəst xəstə övladınıza əlillik dərəcəsi təyin olunmasından imtina edilib.Ancaq mənim qızım Nəzmiyyənin əlil olması göz qarşısındadır.Bu yaramaz vəzifəli şəxslərin gözlə\rini haram pular örtüb deyə həqiqətə kor baxırlar.
Mən mətbuat vasitəsi ilə Mehriban xanım Əliyevaya müraciət edirəm.Hörmətli Mehriban xanım xahiş edirəm Nəzmiyyə balama baxın görün belə ömürlük şikəstə əlillik dərəcəsi təyin olunmasından imtina edilməsi hansı qanuna və insanlğa uyğun gəlir ki, bunu ƏƏSMN edib. Xahiş edirəm bu qanunsuzluğu etmiş vəzifəli şəxslərin qanunu cəzalandırılmasına və gözlə görünən şikəst qızıma əlillik dərəcəsi təyin edilməsinə yaxından köməklik edəsiniz.

Əlaqə telefonu; (050) 884-44-83"

xalqxeber.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Zərdabda görünməmiş ÖZBAŞINALIQ - FOTOLAR
Zərdabda görünməmiş ÖZBAŞINALIQ - FOTOLAR
Zərdabda görünməmiş ÖZBAŞINALIQ - FOTOLAR
Zərdabda görünməmiş ÖZBAŞINALIQ - FOTOLAR
Zərdabda görünməmiş ÖZBAŞINALIQ - FOTOLAR
Zərdabda görünməmiş ÖZBAŞINALIQ - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ