SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağdam rayon 118 saylı məktəbin direktorundan - ŞİKAYƏT

Ağdam rayon 118 saylı məktəbin direktorundan - ŞİKAYƏT

Tarix:

30-11-2017, 14:26

/ 4 928 dəfə oxundu.
Ağdam rayon 118 saylı məktəbin direktorundan - ŞİKAYƏT

Ağdam təhsilində olan qanunsuzluqlar bitib –tükənmir. Bu dəfə şikayət 118 saylı məktəbin direktoru ilə bağlıdır.

Ağdam rayon sakini Qaybalıyeva Nuriyə Fazil qızı mediaya müraciət edərək Prezidentə məktəbin drektoru Nailə müəllimənin ona qarşı etdiyi qanunsuz əməlləri barədə yazıb:“Cənab Prezident : 12-il İşlədiyim 118-saylı Ağdam məktəbində direktoru Nailə Yüzasifli Yüzasif qızı məktəbdə məni sıxışdıraraq,dərs vermir.
Buna isə bir səbəb kimi mənim Ağdərəli olmağımı göstərir.Dərs bölgüsün dərs hissə müdiri tərəfindən yox bağlı qapı arxasında direktor tərəfindən aparılır.Direktor isə otağına məni buraxmır,təhqir edir və deyir ki, məktəbdə dərs yoxdur nə gəlmə ,nə də məni narahat eləmə ,çıx get başqa yerdə işlə.Məktəbdə qanunsuz işçilər işləyir.
Məktəbdə 4-komplekt ibtidai sinif fəaliyyət göstərir. Öz istədiyi müəllimlərə 18-20 saat dərs yükü veribdir. Diaqnostik qiymətləndirmə imtahanından 21 bal toplayaraq keçmişəm.Ancaq həmin məktəbdə işləyən müəllim isə Diaqnostik qiymətləndirmə imtahanında iştirak etməsədə direktor onlara kifayət qədər dərs verib. Ali təhsilliyəm ,ailəliyəm , körpə uşağım var, xəstədir.Ailədə işləyən tək mən idim.Mən də direktor tərəfindən işsizliyə məruz qalmışam.Xahiş edirəm ki,mənim sitajım üzrə işləməyimə köməklik edəsiniz.Direktorun hansı əmrlə,necə vəzifəyə keçdiyi barədə bizi məlumatlandırasız. Məktəb üzrə dərs bölgüsü haqqında açıq iclas keçirilsin,dərs bölgüsü müəllimlərin iştirakı ilə qanunla,tədris planı üzrə ədalətlə bölünsün. Bunlar haqqında dəfələrlə Ağdam R.T.Ş-nin müdirinin,hətta Ağdam R.İ.H-nin rəsmi qəbulunda oldum , heç bir müsbət nəticəsi olmadı.
Cənab Prezident; Mən bildirdikdə Sizdən Cənab Prezidentə şikatət edəcəm qarşılqında məktəbin drektoru mənə bildirdikin get əlin hara qəlbidi qoy ora, Prezident Aparatı gəlib sənin dərsini versin görum necə verir.
Cənab Prezident :Xahiş edirəm ki,ali təhsilli ixtisas müəllimi kimi mənim qəbulunuza girməyimə köməklik edəsiniz.Məktəbdə qanunsuzluq baş alıb gedir.
Cənab Prezident :16; 24 saat dərs verdikləri adam var, harda oxuduqlarıda bəlli deyil ,amma mənə dərs vermir ki,Ağdərəlisən.Məktəb Direktorunun mənəviyyatı budursa,yazıq bu millərin halına.
İmza: Qaybalıyeva.N.F.q
Tel:051-950-80-02”
Qeyd edək ki, Obyektiv.info adıçəkilən direktorla bağlı ilginc məlumatlar əldıə edib.
Nailə Yüzasifli əvvəllər “Bənövşələr” kənd məktəbində direktor işləyib. Yol verdiyi qanunsuzluqlara görə işdən azad edilib. Sonra onu təhsil şöbəsində inpektor kimi işə götürülər. 2 il burada işlədikdən sonra heç bir imtahan vermədən 118 saylı məktəbə direktor qoydular. Guya əvvəl direktor işləyəndə qanunsuz çıxarılıb. Bu da nəticə. Direktor eyni əməlləri davam etdirir.

Şərhlər

XƏBƏR LENTİ