SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » «Nizaməddin Quliyev biz fermerlərdən nə istədiyir, bilmirik…» - GİLEY

«Nizaməddin Quliyev biz fermerlərdən nə istədiyir, bilmirik…» - GİLEY

Tarix:

29-11-2017, 16:11

/ 2 007 dəfə oxundu.
«Nizaməddin Quliyev biz fermerlərdən nə istədiyir, bilmirik…» - GİLEY

«Təzadlar» son buraxılışında Gəncə şəhər sakini, dağı Daşkəsəndə, aranı-qışlağı Goranboyda olan tanınmış qocaman fermer Akif Rzayevin Prezident İlham Əliyevə ünvanlı müraciətini təqdim etmişdi.
Yazı təsirsiz ötüşmədi və fermeri aidiyyəti dövlət qurumlarına çağırıblar. Bu gün isə (29.11.2017, saat 11:00-da) İcra başçısının tapşırığı ilə aqrar məsələlər üzrə RİH başçısının müavini Rafət Qurbanov, həmçinin rayonun baş baytarı, statistika idarəsinin və rayon torpaq şöbəsinin nümayəndələri fermerin qışlaq ərazisində olublar: «Təsəvvür edirsinizmi, biz dövlətdən, Goranboyun icra başçsısı Nizaməddin Quliyevdən bir manat da olsun vəsait istəmədən qoun-quzu saxlayırıq, dövlətə ucuz qiymətə ət və süd, yun və s. təhvil veririk, zəhmətimizi qiymətləndirmək əvəzinə, icra başçısı isə bizi gözümçıxdıya salıb, nə istədiyini bilmirik. Neyləməliyik, hər il rüşvət verməliyik? Nədir bu icra başçısının istəyi və tələbi biz çobanlardan???», -deyir ağsaqqal fermer Akif Rzayev:
-Nizaməddin Quliyev bu il prezidentin tapşırığı ilə pambıq əkdirdi, məhsul zay oldu, ziyanı bəlkə biz fermerlərə ödətdirmək istəyir? 1992-ci ildən lazımi özəlləşmə sənədləri və Dövlət Torpaq Komitəsinin, Əmlak Komitəsinin, Goranboy rayon İH-nin müvafiq sənədləri və sərəncamları ilə 3 mindən çox qoyun-quzunun qışlaq sahəsini icarəyə götürmüşəm. Qışda soyuqdan, yayda istidən və minbir əziyyətdən qorxmadan dövlətimizə, xalqımıza qoyun-quzu bəsləyirik. Həmin qoyun-quzular bu məmurların restoranlarında, şadlıq evlərində kəsilir… Pis iş tuturuq? Mən şəxsən hər il dövlət büdcəsinə 1500 manatdan çox torpağa dair icarə haqqı ödəyirəm. Prezidentimiz cənab İlham Əliyevin ölkədə ərzaq təhlükəsizliyi barədə göstərişlər verir, icra başçılarına tapşırır ki, sahibkarlara şərait yaradın, ərzaq istehsalı ilə məşğul olsunlar. Goranboyun icra başçısı isə bizi bu müqəddəs və halal işdən kənarlaşdırır, torpaq-örüş yerimizi əlimizdən alır, başqasına satır. Bu fermalarda çobanlarımız xəstə düşüb, əziyyət çəkirlər, onları görəndə yazığım gəlir. Hər gün özüm bu fermanın örüş yerini qarış-qarış gəzirəm, heyvanların xəstəlikdən ölməməsi üçün dava-dərman daşıyıram… Belə də zülm olar? İcra başçısı bizə qənim kəsilib, sənədlərimiz ola-ola torpağımızı satır başqasına. Mən noyabrın 22-də Dövlət Əmlak Komitəsində, noyabrın 28-də isə Prezident Adminstrasiyasında oldum. Hər iki dövlət qurumunda sənədlərimizə baxıb dedilər ki, Nizaməddin Quliyev düz iş tutmur, ona müvafiq tapşırıq veriləcək… Bu gün noyabrın 29-da isə Prezident Administrasiyasından gələn tapşırığa uyğun olaraq Nizaməddin Quliyevin aqrar məsələlər üzrə müavini Rafət Qurbanov, torpaq şöbəsinin nümayəndələri fermamıza gəldilər, bizim iştirakımızla təsərrüfatdakı bütün heyvanları saydılar. 3500-dən çox xırda buynuzlu heyvanı saydılar. Mən hələ atları, çobanların mal-qarasını, keçilərini demirəm… Akt yazıb getdilər. Özləri də gördülər ki, icarəmizdə olan dərə-təpəli örüş sahəsi norma üzrə heyvanların baş sayına uyğun ancaq bəs edəndir. Bir yolumuz qalıb ki, qoyun sürülərini götürüb Bakıya-Prezident Aparatının yanına, oradan da Kənd Təsərrüfatı Nazirliyinin qarşısına aparaq. Ya bu heyvanları dənizə töksünlər, ya da Goranboyun icra başçısı Nizaməddin Quliyevin özbaşınalığının qarşısını alsınlar. Əgər ölkəmizə ət və yun, süd lazım deyilsə, desinlər, biz fermerlər də işimizi bilək. Qoy əhali darışıb Dağıstandan, Gürcüstandan Azərbaycana leş daşısın! Nizaməddin Quliyev bunu istəyirsə, buyursun…
«Cənab Prezident, Goranboyun icra başçısı biz fermerlərdən nə istədiyir, bilmirik…»
***
Şikayətçi fermer Akif Rzayev əməkdaşımıza geniş video müsahibəsi yayıma hazırlanır…
Məsələyə aydınlıq gətirilməsi üçün Goranboy rayon İH başçısı Nizaməddin Quliyevlə əlaqə saxlamaq cəhdimiz isə hələki baş tutmur. Onun da məsələyə dair mövqeyini dərc etməyə hazırıq.

tezadlar.az

Şərhlər

XƏBƏR LENTİ