SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Adı məktəb direktoru kimi gedir, amma işə getmir -AĞDAM MƏKTƏBİNDƏ BİABIRÇILIQ

Adı məktəb direktoru kimi gedir, amma işə getmir -AĞDAM MƏKTƏBİNDƏ BİABIRÇILIQ

Tarix:

29-11-2017, 11:13

/ 1 602 dəfə oxundu.
Adı məktəb direktoru kimi gedir, amma işə getmir -AĞDAM MƏKTƏBİNDƏ BİABIRÇILIQ

Ağdam təhsilində baş verən biabırçı olaylar bir-birini əvəzləyir.
Adı olub, özü olmayan köçkün məktəbləri bir yana, normal fəaliyyət göstərənlərin də haqqında elə informasiya gəlir ki, təəcüblənməkdən başqa heç nə qalmır.
Obyektiv.info-nun redaksiyasına 93 saylı məktəblə bağlı bilgilər daxil olub. Məktəb əvvəl işğal altında olan Əlimədətli kəndində yerləşib. Hazırda Təzəkənd ərazisindədir.
Məsələ ondadır ki, bu məktəbin direktoru Bakı şəhərində yaşayan Əhmədova Aliyə Allahverdi qızıdır. O 5 ildir ailə həyatı qurub və o vaxtdan Bakıya köçüb. Həyat yoldaşı isə işə getməyə qadağa qoyub.
Məktəbi isə Aliyənin doğma atası Allahverdi Qəmbərov idarə edir. Hansıki Əlimədətli kənd icra nümayəndəsidir. Təsəvvür edirsiz? Məktəbi icra hakimiyyətinin işçısi idarə edir.
Məsələ ondadır ki, Allahverdi Qəmbərov illər əvvəl bu məktəbdə drektor olub. Nizami Sadıqov icra hakimiyyətinin başçısı olanda kənd icra nümayəndəsi təyin olunub. Ancaq direktorluq kreslosunu təhvil vermək istəməyib. Arvadını direktor təyin etdirə bilib .Lakin qadının diplomunun saxta olması üzə çıxıb, o arvadını qızı ilə əvəzləyib.
Sanki məktəb bunların dədə-baba mülküdür.
Ötən il Maliyyə Nazirliyinin yoxlaması zamanı bu fakt üzə çıxıb. Aliyə Əhmədova izahatında Bakı şəhərində yaşamasını, məktəbi idarə etməməsini yazılı etiraf edib.
Lakin yoxlamadan sonra da hər şey əvvəlki tək davam edib. Görünür aidiyyatı orqanlar və yerli təhsil şöbəısinin müdirəsi Allahverdi Qəmbərovun “ala gözlərinə” aşiq olublar. Əks halda bu qanunsuzluqlara necə göz yummaları anlaşılan deyil.

Şərhlər

XƏBƏR LENTİ