XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Sabirabad rayon icra başçısının müavini maaşını istəyən fəhləni söydü, döydü və...

Sabirabad rayon icra başçısının müavini maaşını istəyən fəhləni söydü, döydü və...

Sabirabad rayon icra başçısının müavini maaşını istəyən fəhləni söydü, döydü və...
20-11-2017, 09:55

Sabirabad rayon icra hakimiyyətində fəhlənin döyülməsi olayı yaşanıb. İcra başçısının müavini həddini aşaraq, vəzifəsindən sui-istifadə edərək işlətdiyi fəhləni döyərək ağır xəsarərlər yetirib və insanlığa sığmayan söyüşlər edərək həmin şəxsin pulunu verməyərək qovub. Məlumatda bildirilir ki, fəhlə Həsən Həsənovdan maaşının ödənilməsini istədiyinə görə bu vəziyyətə salınıb. Hadisə digər fəhlələrin gözü qarşısında baş versə də heç kəs Həsənovdan qorxusundan müdaxilə etməyə cəsarəti çatmayıb. Həsən Həsənov fəhləni döydükdən sonra onu pulunu vermədən işdən də qovub. Digər fəhlələri isə təhdid edərək deyib ki, “bu hadisədən kiminsə xəbəri olsa, siz də eyni aqibəti yaşayacaqsınız” deyərək hadisə yerini tərk edib.
Mənbəmiz iddia edir ki, bu, Həsən Həsənovun son zamanlarda göstərdiyi ilk “qəhrəmanlıq” deyil. Bir müddət əvvəl Həsən Həsənovla Sabirabad RİH-də vəzifə tutan Heydər Yaqubovun qardaşı Füzuli Yaqubov arasında da rayonun mərkəzi küçələrinin birində əlbəyaxa döyüşə çıxıb. Sabirabad rayonunun mərkəzində özünə ticarət mərkəzi tikdirmək istəyən Füzuli Yaqubov H.Həsənovdan “yox” cavabı aldıqdan sonra Rusiya prezidenti Vladimir Putinə şikayət məktubu yazmışdı. Bu məktubdan xəbər tutan Prezident Administrasiyası isə Sabirabadın icra başçısı Nazim İsmayılova məsələ ilə bağlı tədbir görülməsi barədə göstəriş vermişdi. Məlumat üçün bildirək ki, baş vermiş olayla bağlı informasıyanı Ria24.az saytı yayıb...

Qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.

Ria24.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.