Separatizmə dəstək verən laçınlı məmur işdən qovuldu? - adı İcra Hakimiyyətinin rəsmi saytından çıxarılıb
İraq Kürd Muxtariyyətində müstəqilliklə bağlı keçirilən qanunsuz referendumuna açıq dəstək nümayiş etdirən Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin adı İcra Hakimiyyətinin rəsmi saytından çıxarılıb.
Axar.az xəbər verir ki, qurumun saytında “Aparatın strukturu” bölməsində icra nümayəndələrinin ad və soyadları, onların icra etdikləri vəzifələr və səlahiyyətləri qeyd olunub. Sözügedən bölmədə bu günə qədər Hüquq şöbəsinin müdiri vəzifəsində F.Tanirverdiyevin adı qeyd olunmuşdu. Lakin hazırda “Hüquq şöbəsinin müdiri” vəzifəsi boşdur. F.Tanirverdiyevin adı vəzifənin qarşısından silinib.
Maraqlıdır ki, “Aparatın strukturu” bölməsində ümumiyyətlə F.Tanirverdiyevin adı yoxdur. Bundan o nəticəyə gəlmək olar ki, İraq Kürdüstanında keçirilən müstəqillik referendumuna açıq dəstək nümayiş etdirən F.Tanirverdiyev ya işdən azad edilib, ya da işdən azad edildiyi görüntüsü yaradılır.
F.Tanirverdiyevin özü Feysbuk səhifəsində daha separatizmə dəstək paylaşımları etmir, bir neçə gün öncəyədək isə daha çox Laçın İcra Hakimiyyətinə aid rəsmi xəbərlər paylaşmaqla məşğul olub. Lakin son günlər o ancaq “Hüquqlardan sui-istifadə”, “Bərabərlik hüququ” ilə bağlı məlumatlar yaymağa üstünlük verir.
Laçın icra başçısının köməkçisi Elşən Quliyev isə hazırda iclas keçirildiyini, səlahiyyətlilərin yerində olmadığını bildirib və suala cavab verməyib.
Qeyd edək ki, F.Tanirverdiyev İraq Kürdüstanında keçirilən müstəqillik referendumuna açıq dəstək nümayiş etdirmişdi.
Milli Məclisin başda Vahid Əhmədov olmaqla, bir neçə deputatı olayın araşdırılması üçün Baş Prokurorluğa müraciət etsə də, hələlik, heç bir nəticə yoxdur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...