XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Beyləqanda vəziyyət pisləşir: Pensiyalar verilmir, məktəblərdə kitablar satılır...

Beyləqanda vəziyyət pisləşir: Pensiyalar verilmir, məktəblərdə kitablar satılır...

Beyləqanda vəziyyət pisləşir: Pensiyalar verilmir, məktəblərdə kitablar satılır...
9-11-2017, 09:51

Beyləqanda sosial vəziyyət getdikcə pisləşir. Məmurların özbaşınalıqları, idarə müdirlərinin qanunsuz tələbləri günbəgün artır. Bu da əhalini narazı salır
Rayon icra hakimiyyəti qanunsuz işlərə qarşı tədbir görmür. Hətta vətəndaşların hüquqları RİH məmurları tərəfindən tapdalanır.
Bu günlərdə isə övladları Milli qəhrəman Namiq Allahverdiyev adına 1 saylı tam orta məktəbdə təhsil alan şagirdlərin valideynləri məktəbin direktoru Gülbəniz Cəfərovadan şikayətçidirlər.
Gülbəniz Cəfərova dərslik kitablarını şagirdlərə nağd pulla satdırır. Həmin dərslik kitablar məktəblərə Təhsil Nazirliyi tərəfindən pulsuz göndərilir, məktəblərdə isə şagirdlərə pulsuz paylanmalıdır.
Ancaq G.Cəfərova deyəsən nazirliyin göndərdiyi kitablarla varlanmaq həvəsinə düşüb. Direktorun bu tələbindən narazı qalan valideynlər nazirlikdən məktəbə komissiya ezam olunmasını xahiş edirlər.
Rayon təhsil şöbəsi rəhbərliyininməktəb direktorunun qanunsuz tələbinə göz yumması və susqunluq nümayiş etdirməsi onun da biznesdə payının olması şübhələrini artırır.
Eyni zamanda Beyləqan RİH rəhbərliyi də müdaxilə etmir. Məktəblərə pulsuz paylanmalı olan kitabların satışından gələn gəlir isə məmurlara ciddi qazanc gətirə bilər. Beyləqanda daha bir narazılıq pensiyaların gecikməsidir. Təqaüdçülər təqaüdlərini vaxtında ala bilməmələrindən şikayətçidirlər.
Belə ki, təqaüdçülərin əksəriyyəti aylıq kredit ödəyiciləridir və onlar oktyabr ayının təqaüdlərini ala bilmirlər.
Banklar isə onların qarşısına götürdükləri kreditləri vaxtında ödəmə tələbi qoyurlar. Pensiya ala bilməyən insanlara bunun səbəbi izah olunmur.
Sadəcə, nazirlikdə maliyyə ilə bağlı gecikmələr olduğu deyilir. Vətəndaşlar isə gözünü dövlətdən aldığı təqaüdə dikib ki, problemlərinə əncam çəksinlər.
Ölkədə seçkiqabağı vətəndaşların sosial problemlərini qabartmaq, gərginlik yaratmaq, vətəndaşların hüquqlarını pozmaq dövlət siyasətinə qarşı getməkdir.
Məmurlar yerlərdə insanları aldadırlar, incidirlər, təhqir edirlər, şikayətçiləri qapıdan qovurlar.
Bu cür xoşagəlməz hallar insanlarla hökumət arasında uçurum yaradır. Xalq prezidentə gələn ilki seçkidə də dəstək verməyə hazırdır və alternativ namizəd görmür.
Amma bəzi qüvvələr ölkədə qarışıqlıq salmaq, narazı kütləni fəallaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Belə vəziyyətdə məmurlar diqqətli olmalı, insanların problemlərini həll etməlidir.

Palitika.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.