XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Tərtərdə şok: Nazir teleqovşaq rəisini işdən çıxardı, həbsi xəbəri yayıldı

Tərtərdə şok: Nazir teleqovşaq rəisini işdən çıxardı, həbsi xəbəri yayıldı

Tərtərdə şok: Nazir teleqovşaq rəisini işdən çıxardı, həbsi xəbəri yayıldı
3-11-2017, 09:21

Tərtər Telekommunikasiya Qovşağı rəisi, qalmaqallı məmur Vidadi Bəylərov vəzifəsindən azad edilib
Gecə saatlarında daxil olan məlumata görə, Telefon Qovşağı rəisi külli-miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham edilərək işindən uzaqlaşdırılıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə daxil olan şikayət əsasında aparılan yoxlamalardan sonra V.Bəylərovun 60 min manat dövlət vəsaitini talan etməsi müəyyən olunub.
Nazirliyin araşdırmaları təsdiqini tapdıqdan sonra ATS müdiri işindən çıxarılıb. Gecə saatlarında yayılan xəbərlərdə iddia olunurdu ki, V.Bəylərov artıq həbs edilib.
Xəbər gecə radələrində gəldiyi üçün faktla bağlı Baş Prokurorluqla əlaqə saxlamaq mümkün olmayıb.
Onun həbsini aydınlaşdırmaq üçün əməkdaşımızın V.Bəylərovun qardaşı, Bərdə Rayon İcra Hakimiyyətində Ərazidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərova çoxsaylı zənglərinə qarşı tərəfdən cavab verilməyib.
Bu həmin V.Bəylərovdur ki, bir müddət əvvəl Tərtər rayon icra başçısının müavini vəzifəsində işləyib. Lakin onun oğlunun avtoxuliqanlıqları axırda başına çatlayıb.
V.Bəylərovun övladı ağır avtoqəza törədərək bir ailənin yeganə oğlunu öldürməsi ilə atasının işindən qovulmasına səbəb olmuşdu. O ərəfədə prezident məmur övladlarının harınlığa son qoymasını tələb etmişdi.
Bəylərov isə başçı müavini vəzifəsindən azad olunsa da, himayədarları hesabına bir müddət sonra başqa vəzifə aldı.
Nazir teleqovşaq rəisini işdən çıxardı, həbsi xəbəri yayıldı
Belə ki, V.Bəylərov həmin hadisədən sonra Tərtər ATS direktoru təyin olundu. Ancaq bu dəfə də korrupsiyaya yol verməklə vəzifəsini itirdi və həbsi xəbəri yayılıb.
Nazir teleqovşaq rəisini işdən çıxardı, həbsi xəbəri yayıldı
Məsələ ilə bağlı jurnalist Xəyyam Salmanzadə sosial şəbəkələrdə reaksiya verib. Palitika.Az-ın baş redaktoru bildirib ki, V.Bəylərov və qardaşı Z.Bəylərovun əməlləri bütün aləmə agahdır:
“Dəfələrlə onların fəaliyyəti, özbaşınalıqları haqda yazmışıq. Ancaq biz yazanda şər-böhtan atmaqda ittiham edirdlər.
Budur, gözünüzün qabağında Vidadi Bəylərovun dövlət malını talan etməsi faktı var və nazirlik onu işindən çıxarıb.
Onun barəsində qərar bir daha sübut etdi ki, Bəylərovlar Bərdə -Tərtərdə hansı işlərin yiyəsidirlər. Bundan sonrası müvafiq qurumların öhdəsinə qalır.
Çünki onun başçı müavini olarkən elədikləri, oğlunun cinayəti bəs etmədi, indi də telefon qovşağında dövlətin pulunu mənimsəyib. Gəncənin və Bərdənin icra başçıları isə belə bir insana hamilik edirlər.
Onu niyə mühafizə etdikləri aydın deyil. Lakin fakt ondan ibarətdir ki, Vidadi Bəylərov və qardaşı Zaur Bəylərov Tərtərlə Bərdəyə “divan tuturlar”.
Mən jurnalist kimi onların fəaliyyətini ictimailəşdirirdim, faktları açıqlayırdım. Artıq mətbuata ehtiyac qalmır, rəsmi qurumlar hərəkətə keçiblər.
Sadəcə, hər bir dövlət məmuru anlamalıdır ki, prezident onu təyin edərkən xalqa xidmət göstərməyi tapşırır.
Kimsə öz mənafeyi üçün sui-istifadə edəndə sonu belə nəticələnir. Bizim isə missiyamız media olaraq nöqsanları işıqlandırmaq və problemlərin həlli üçün narahatlıqları çatdırmaqdır. Prezident də bəyan edib ki, jurnalistlər onun köməkçiləridirlər”.

Palitika.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.