SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əhəd Abıyevin Kamaləddin Heydərova müraciətinin sirri - İddialar

Əhəd Abıyevin Kamaləddin Heydərova müraciətinin sirri - İddialar

Tarix:

1-11-2017, 16:09

/ 59 007 dəfə oxundu.
Əhəd Abıyevin Kamaləddin Heydərova müraciətinin sirri - İddialar

Daşkəsən meşə yanğınlarına görə icra başçısı Əhəd Abıyevin fövqəladə hallar naziri Kamaləddin Heydərova müraciətinin gerçək səbəbləri bilinib
Daxil olan məlumatda bildirilir ki, Ə.Abıyev K.Heydərovdan publika qarşısında kömək istəməklə hadisənin miqyasının böyüklüyünü çatdırmaq istəyib.
İcra başçısı meşə yanğınlarının fəsadlarının və zərərinin ciddiliyini göstərməklə büdcədən pul ayrılmasına nail olmağa çalışır.
Ə.Abıyev Daşkəsənə dolu düşəndə, güclü külək əsəndə, bir-iki evin damına zərər dəyən dərhal hadisə yerinə getmək və işin böyüklüyünü çatdırmaq üzrə mahir ustadır.
O, bu yolla zərər dəymiş evlərin sayını şişirdir, təbiətin vurduğu ziyanın məbləğini artırır və havadan da pul qazanmağı bacarır.
Ona görə də Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində yanğın hadisəsi Ə.Abıyev üçün göydəndüşmə hadisədir.
O, gecə ikən əraziyə baş çəkir, qərargah yaradır, telekanalların yerli əməkdaşlarını hadisə yerinə dəvət edir, çəkiliş aparılır, nazirə müraciət olunur və həm Ə.Abıyev özünü çalışqan göstərir, həm də bücədən pul ayrılmasına cəhd edir.
Ümumiyətlə, Ə.Aabıyev media ilə əməkdaşlıq etməyin yollarını yaxşı bilir. İcra başçısı həmişə mətbuatdan təbliğat üçün ciddi istifadə edir.
O baxımdan onun tanınmış jurnalist dostları var. K.Heydərova müraciəti də Ə.Abıyevin media üzərindən yeni kombinasiyasıdır.
Daşkəsənin icra hakimi həmkarlarından fərqli olaraq mediadan qaçmır. Əksinə, KİV-ə ciddi yanaşır.
Onun fikrincə, jurnalistlərlə dostluq etmək lazımdır. Bəzi məmurlar mətbuat tənqid yazanda onu düşmən elan edirlər. Ə.Abıyev isə tənqidlərə açıq məmurdur.
Eyni zamanda öz fəaliyyətini işıqlandırmaq lazım gələndə elə onu tənqid edən mətbuat köməyinə çatır.
Bu nöqteyi-nəzərdən ağıllı tərpənən və media emissarlarına Daşkəsəndə yaxşı şərait yaradan Ə.Abıyev bu dəfə də meşə yanğını ilə manevr etmiş oldu. Hazırda yaxın kəndlərin sakinləri yanğının söndürülməsinə çalışır.
İcra başçısı deyib ki, xüsusi təyinatlı işçi qrupu tərəfindən yüksək dağ ətəyində yanan meşənin helikopter vasitəsilə kömək lazımdır.
Hazırda 11 hektardan artıq meşə ərazisi yanaraq təhlükəli vəziyyət yaranıb. Cəbhə bölgəsində sərhədə yaxın ərazidə bu kəndlərdə elektrik enerjisi və rabitə əlaqəsi kəsilib, işıqlar sönüb.
Ə.Abıyevin sözlərinə görə, kənd sakinləri qaranlıq şəraitdə dözümlülük göstərərək Rayon İcra Hakimiyyətinin başçısı ilə birgə yanğının qarşısının alınmasına inamla, cəsarətlə çalışırlar və şübhəsiz ki, tezliklə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov lazımi köməklik göstərəcək və aidiyyəti üzrə qurumlara da yanğının qarşısının alınmasına dair müvafiq tapşırıqlarını verəcək.
Yanğının baş verdiyi ərazi yüksək dağlıq sahəni əhatə etdiyindən, eyni zamanda güclü küləklə müşayiət olunduğundan onun söndürülməsi bir qədər çətinliklər yaratmışdı.
Bütün bunlara baxmayaraq Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin nümayəndələrinin və yerli əhalinin ciddi səyləri nəticəsində yanğının söndürülməsinə nail olunub.
Qeyd edək ki, yanğın zamanı ərazidə quru ot örtüyü və xəzəl yanıb, ağaclara ziyan dəyməyib. Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ