SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Səlim Müslümovun kadrı Siraqəddin Cabbarova müavin gedir? - iddia

Səlim Müslümovun kadrı Siraqəddin Cabbarova müavin gedir? - iddia

Tarix:

1-11-2017, 09:47

/ 59 131 dəfə oxundu.
Səlim Müslümovun kadrı Siraqəddin Cabbarova müavin gedir? - iddia

Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılov Saatlı rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini vəzifəsinə təyin olunmaq istəyir.

Bu barədə rayondakı etibarlı mənbə məlumat verib.

Məlumata görə, Mərkəz direktoru uzun müddətdən bəri vakant olan İcra Hakimiyyəti başçısının sosial-iqtisadi sahə üzrə müavini postuna göz dikib. Deyilənə görə, Mərkəz direktoru bu istəyinə rayon İcra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun ilkin "hə"sini ala bilib.
Xatırladaq ki, Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılov bir müddət öncə qəbula gəlmiş yaşlı vətəndaşla məzələnib videoya çəkmişdi.
O zaman ölkə mediasının gündəminin zəbt edən bu olay sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilərək ciddi ictimai qınağa səbəb olsa da, ƏSMM naziri Səlim Müslümovun Mərkəz direktoruna olan etimadını sarsıda bilmədi.

Bayram Mikayılovun yeni vəzifəsinin ilin sonuna qədər reallaşacağı bildirilir.

Qlobal.Az

Şərhlər

XƏBƏR LENTİ