SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Xızı sakinləri nədən şikayətçidir?

Xızı sakinləri nədən şikayətçidir?

Tarix:

19-10-2017, 10:25

/ 60 105 dəfə oxundu.
Xızı sakinləri nədən şikayətçidir?

«Elə evlər var ki, divarlarındakı çatlar, dam örtüyündəki yarıqlar hələ də təmir olunmayıb». Məlumata görə, Giləzi sakinləri iddia edirlər ki, bu il avqustun 27-də Xızıdakı hərbi hissədə baş verən partlayışdan zərər çəkmiş xeyli evin sahibinə hələ də kompensasiya verilməyib. Bunlar, əsasən, Giləzi kəndinə aid evlərdir.

Əmlakı partlayışdan zərər çəkənlərdən biri Yasəmən Abdullayeva deyir, hadisədən sonra ilk vaxtlar sakinlərə dəymiş zərərin ödəniləcəyi bildirilib: «Gəlib ev-ev gəzdilər, əmlaklara dəyən zərərləri sənədləşdirdilər, fotolar çəkdilər. Dedilər ki, ev sahiblərini Fövqəladə Hallar Komissiyasına dəvət edəcəklər, dəymiş zərərlər kompensasiya olunacaq».

Giləzi kəndi ilə hadisə yeri arasında 5 kilometr məsafə var. Hadisə yerinə digər kəndlərdən yaxın olduğundan, daha çox buradakı əhali zərər çəkib. Kənd sakini Hökümə Salayeva: «Ən çox zərər bizim evlərə dəyib. Giləzidə demək olar ki, ölkənin ən imkansız ailələri yaşayır. Elə bil, say-seçmə bütün kasıbları, fağırları bura yığıblar. Kasıbın bəxti doğulandan qara yazılıb. Mərmilər partlayanda da qəlpələri gəlib kasıbın evini dağıdır. Bircə yolları bir az düzəltdilər, evlər həmin vəziyyətdə qaldı».

Hökümə xanım deyir, evinin divarlarında çatlar əmələ gələn qonşusu hökumət qurumlarından səs çıxmadığını görüb özü təmir işləri aparıb. Ancaq qonşusundan fərqli olaraq, onun evin dam örtüyünü təmir etdirməyə imkanı yoxdur: «Hələ həyətdə 500-dən çox ot tayası məhv oldu, qaçaqaç düşəndə yüzdən çox toyuq-cücəni açıb buraxdıq ki, mərmi hinə düşər, məhv olarlar. Mərmilər böyrümüzə düşürdü, elə bilirdik, müharibə gəlib evimizə çatıb. O hadisədən bir neçə gün sonra anam tamamilə iflic oldu. Kənddə qorxudan şəkər xəstəliyi tapanlar oldu».

Sakinlərin istədiyi odur ki, mənəvi zərər bir tərəfə, heç olmasa, hökumət kasıb kəndlilərə dəymiş maddi zərəri ödəsin.

Qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ