Ağdaşda xəstələrdən pulu belə yığırlar
Ağdaş Mərkəzi rayon Xəstəxanasında biabırçı olay yaşanıb. Yerli tibb işçiləri diabet xəstələrindən pul tələb ediblər.
Bu barədə Ağdaş rayon sakinləri bölgə müxbirimizə məlumat verib.
Məlumata görə, rayon xəstəxanasına gələn şəxslərdən tibb bacıları aparat haqqı tələb edir. Növbəti belə hadisə isə rayon sakini 60 yaşlı Musayeva Tamara Rza qızının başına gəlib. Tibb bacılarının şəxsdən aparat pulu istəməsi anbaan çəkilib.
Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova hadisədən xəbərsiz olduqlarını deyib. O qeyd edib ki, hadisənin təfərrüatları ilə tanış olduqdan sonra suallar cavablandırılacaq.
L.Bayramova qeyd edib ki, 9103 “Qaynar Xətti”nə xəstələrdən şikayət daxil olmalıdır ki, məsələ araşdırılsın:
“Videokadra düşən həkim, tibb bacısının məsuliyyətə cəlb edilib- edilməyəcəyi ilə bağlı öncədən heç bir açıqlama verə bilmərik. Bu vaxtadək bizim təcrübəmizdə çox az belə arzuolunmaz hal müşahidə edilib”. Məsələ ilə əlaqədar əməkdaşımız Ağdaş rayon Mərkəzi Xəstəxanası ilə də əlaqə saxlayıb. Xəstəxandan bildirilib ki, müdriyyət məzuniyyətdədir və suallar ancaq rəhbərlik işə qayıtdıqdan sonra cavablandırıla bilər.
P.S. Xüsusilə qeyd edək ki, xəstəxana ilə bağlı yayımlanan video "Youtube" sosial şəbəkəsindən yayımdan qaldırılmışdır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...