XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Bərdə polisinə şok ittihamlar: “2 AYDA 80 NƏFƏRİ ŞƏRLƏDİLƏR”

Bərdə polisinə şok ittihamlar: “2 AYDA 80 NƏFƏRİ ŞƏRLƏDİLƏR”

Bərdə polisinə şok ittihamlar: “2 AYDA 80 NƏFƏRİ ŞƏRLƏDİLƏR”
9-02-2017, 23:24

TV əməkdaşının əlil qardaşına işgəncə verildi: "Rəisin köməkçisi iki minimi zorla aldı”


Lider televiziyasının Qarabağ bölgəsi üzrə operatoru vəzifəsində çalışmış, ötən il TV ilə yollarını ayıran İlqar Fərmanlının qardaşı, 2-ci qrup əlil Azər Fərmanlı polis tərəfindən işgəncələrə məruz qalıb.

Bu barədə İ.Fərmanlı məlumat verib. O bildirib ki, hadisə ötən il, sentyabrın 14-də Bərdə rayonunda baş verib. Operatorun sözlərinə görə, Bərdə polisi Azər Fərmanlını narkotik maddələrdən istifadə etmə, daşıma, saxlama ittihamları ilə saxlayıb: "Məsələni araşdırmaq üçün polis bölməsinə getdim. Emin və Rəşad adlı polis əməkdaşları və özünü rəisin köməkçisi kimi təqdim edən Elnur adlı şəxs məni qarşıladı. Bildirdilər ki, qardaşım Azər və onun dostunu gecə saxlayıblar, avtomobilində axtarış aparıblar və guya, narkotik maddələr aşkar ediblər. Bu səbəbdən də tutaraq polis bölməsinə aparıblar. Mənə dedilər ki, Azər Fərmanlıyla bağlı cinayət işi açılacaq”.

"2 saata 2000 manat verməsən, həbs edəcəyik”

Keçmiş TV əməkdaşının iddiasına görə, polis əməkdaşları ondan cinayət işinin açılmaması üçün rüşvət tələb ediblər: "Cinayət işininin açılamaması üçün məndən 5000 manat pul tələb etdilər. Həmin polis əməkdaşları mənim adımı, kimliyimi, nə işlə məşğul olduğumu bilirdilər. Özləri də dedilər ki, sən bizneslə məşğul olursan, səni yaxşı tanıyırıq. "Əgər pulu verməsən qardaşının üzünə adam durğuzub, həbs etdirəcəyik” deyəndən sonra qorxuya düşdüm. Mənə 2 saat vaxt verdilər. Naəlac qalıb pulu tapmaq qərarına gəldim. Amma yalnız 2000 manat verə biləcəyimi dedim. Rəisin köməkçisi olduğunu deyən mülki geyimli Elnur adlı şəxs "rəis” deyə müraciət etdiyi kimləsə telefonla danışdı. Onun razılığını alandan sonra 2000 manata razılaşdığını bildirdi”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.