SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Canpolad Vəliyev dövlətidə aldadıb..." - PREZİDENTƏ ŞİKAYƏT

"Canpolad Vəliyev dövlətidə aldadıb..." - PREZİDENTƏ ŞİKAYƏT

Tarix:

18-10-2017, 10:45

/ 62 097 dəfə oxundu.
"Canpolad Vəliyev dövlətidə aldadıb..." - PREZİDENTƏ ŞİKAYƏT

Azərbaycan Respublikasının Prezidnti cənab İlham Əliyevə

Surəti: Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova
Surəti: Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Mədət Quliyevə
Surəti: Dövlət Təhlükəsizlik Xidmətinin Ağcəbədi rayon şöbəsinin rəisi cənab Natiq Zamanova

Zərdab şəhər sakini M.Xəlilov ev 14-də yaşayan Mirzəyev Rövşən Cəfər oğlu tərəfindən

ƏRİZƏ


Cənab Prezident!

Hər bir şəxs dövlət qulluğunda vəzifə tutarkən bütün ailə üzvüləri ilə birlikdə qaynata və qaynana haqqında da düzgün məlumat verməlidir.DSMF-nin Zərdab rayon şöbəsinin saxtakar müdiri Canpolad Vəliyev orta məktəbin 9-10-cu sinifini bitirənə qədər sənədlərdə Xasayın oğlu olub.Sonradan hərbi xitmətə getmək vaxtı çatana yaxın olub Şamil oğlu.Hansıki həmin Şamil həmin vaxtdan 40 (qırx) il əvvəl 1941-ci ildə müharibəyə gedib və bir daha qayıtmayıb.Onuda məlumat üçün bildirirəm ki, C.Vəliyev hərbi xidmətə getməyib.Adam öldükdən 40 il sonra torpağın altıda ola-ola övlad sahibi olmaq çox maraqlıdır.
Onuda məlumat üçün bildirirəm ki, Canpolad Vəliyevin qaynanasının Silva adlı erməni olması ilə bağlı verilən məlumatlardan sonra bütün rayon camaatı fikirləşdiki görəsən kadr anketində qaynanasının adını və kimliyini necə göstərib? Rayonumuzda danışılanlara görə erməni Silvanın adı sənədlərdə Sürmə kimi göstərilib.Onuda məlumat üçün bildirirəm ki, C.Vəliyev 1996-cı ildə evlənib. C.Vəliyev öz nazirliyi ilə birlikdə Dövlət qulluğu komissiyasınıda aldadıb. Onda belə çıxırki elə C.Vəliyev dövləti aldatmaq xatirinə və rəsmiyyət xatirinə həmin Silvanın qızından 2011-ci ildə Zərdab rayon Məhkəməsinin qərarı ilə rəsmi qaydada boşanıb. Onda sual olunur niyə C.Vəliyev arvadını boşadığı halda hal-hazıra qədər bir yerdə qeyri-rəsmi yaşayırlar?

Hörmətli cənab prezident!

Hamımıza məlum olduğu kimi 2011-ci ildə ƏƏSM-si naziri Füzuli Ələkbərovun yaratdığı 50/50-ə ünvanlı sosial yardım prinsipinin tüğyan edən vaxtları idi. Sizin sayənizdə hal-hazırki nazir Səlim Müslümov həmin 50/50-ə prinsipinin kökünü kəsdi. C.Vəliyev həmin 50/50-ə prinsipindən əldə etdiyi çirkli milionları yumaq üçün həyat yoldaşından rəsmi olaraq boşanmış və bütün varidatını boşandığı arvadının adına keçirmişdir. Hal-hazıra kimidə qeyri rəsmi bir yerdə yaşayırlar.

Cənab Prezident!

Demək olar ki, siz hər çıxışlarınızda vurğulayırsınızki dövlət qulluqçusu hər bir vətəndaş üçün nümunə olmalıdır.C.Vəliyev isə Zərdab rayonunda dövlət qulluğunda mühüm bir vəzifə tutaraq Zərdab vətəndaşına həyat yoldaşından rəsmi qaydada ayrılaraq, lakin bir yerdə yaşayıb dövləti aldatmaq nümunəsini göstərir.Mən ərizəmə Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin işçiləri haqqında 01.01.2013-cü il tarixə olan məlumatın forma 2-sinidə əlavə edirəm.2011-ci ildə boşanan C.Vəliyev həmin 2013-cü ildə nazirliyə verdiyi məlumatda nazirliyi aldadaraq özünü evli kimi qeyd edir və həmin sənədi öz imzası və idarənin möhürü ilə təsdiq edir.Göstərdiyim faktlar həmin sənəddə qırmızı qələmlə işarələnib.

Cənab Prezident!

Canpolad Vəliyevin bütün hərəkətləri saxtakarlıqlar üzərində qurulub. Bu korrupsioner saxtakar barəsində ciddi tədbir görülməsinə göstəriş verməyinizi sizdən xahiş edirəm. Sizə əvvəlcədən öz minnətdarlığımı bildirirəm.

İmza: Mirzəyev Rövşən Cəfər oğlu
xalqxeber.az
"Canpolad Vəliyev dövlətidə aldadıb..." - PREZİDENTƏ ŞİKAYƏT
"Canpolad Vəliyev dövlətidə aldadıb..." - PREZİDENTƏ ŞİKAYƏT
"Canpolad Vəliyev dövlətidə aldadıb..." - PREZİDENTƏ ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ