SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Göyçayda 100 minlik cinayət: Başçı müavininin qudası boruları satıb

Göyçayda 100 minlik cinayət: Başçı müavininin qudası boruları satıb

Tarix:

9-02-2017, 00:28

/ 2 136 dəfə oxundu.
Göyçayda 100 minlik cinayət: Başçı müavininin qudası boruları satıb

Göyçay rayon Mirzəhüseyinli kənd sakinləri tərəfindən redaksiyamıza müraciət ünvanlanıb

Sakinlər qeyd edirlər ki, əkin torpaq sahələri bələdiyyə sədri Səyyaf Səmədovun cinayət əməllərinə görə məhv olur.

“Mirzəhüseyinli kəndinin əkin torpaqlarının suvarılması üçün 1986-cı il tarixdə sovetlər dönəmində Şirvan kanalından uzunluğu 5000 metr olan nikkel metalından yeraltı boru xətti çəkilib.

Həmin boru vasitəsi ilə biz Mirzəhüseyinli kənd sakinləri əkinlərimizi rahatca sulayırdıq. Mirzəhüseynli bələdiyyəsinin sədri Səyyaf Səmədov həmin 5000 metr nikkel metalından olan boruları 2 ay öncə saxta akt tərtib edərək texnikalarla qazıb çıxartdırıb satıb talan edib.

Həmin talançılıqdan 100.000 manatdan çox gəlir əldə edilib. Nəticədə isə Mirzəhüseyinli kənd camaatının əkin sahələrinin suvarılması dayandırıldı, texnikalar əkin yerlərini qazıb taxılı məhv oldu. Bu misli görünməmiş cinayətdir ki, bələdiyyə sədri Səyyaf Səmədov həyata keçirib”, -deyə kənd camaatı yazıb.

Sakinlər deyirlər ki, həmin torpaqlar aqrar islahatlar zamanı verilib: “Qanunu sənədlərimiz də var. Hər il əkib-becərib ailəmizi dolandırırdıq. Başqa iş yerimiz yoxdur, ümüdümüz ancaq əkinçiliyə idi.

Qarşıdan gələn yaz-yay fəsillərində biz əkinlərimizi sulaya bilməyəcəyik. Bu da kənd sakinlərinin acından məhv olmasına gətirib çıxaracaq. Çıxılmaz vəziyyətdə qalmışıq. Bələdiyyə sədri Səyyaf Səmədov Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşxəndə Rəcəbovanın qudasıdır.

Buna görə də bu cinayəti bələdiyyə sədri qorxmadan törədib. Bildiririk ki, cinayətkar bələdiyyə sədri barədə tədbir görülməsə Bakı şəhərinə Prezident Administrasiyasının qarşısına gedib sözümüzü prezident cənab İlham Əliyevə çatdıracayıq”.

Müraciəti imzalayanlar:

Azadov Vasif Nizami oğlu
Mustafayev Vüqar Surxay oğlu
Hacıyev Fərid Əlimuxtar oğlu
Əhmədov Tərlan Vidadi oğlu
Soltanov Həmid Feyzulla oğlu
Süleymanov Füzuli Süleyman oğlu
Əliyev Coşqun Firuddun oğlu
Əliyev Vüsal Firuddun oğlu
İsmayılov Amil Alik oğlu
Soltanov Zabit Eynulla oğlu
İsmayılov Nicat Etibar oğlu
Kərimov Araz Qüdrət oğlu
Qurbanov Çingiz Qalib oğlu
İsmayılov Seymur Miri oğlu
İsmayılov Tufan Ehtiram oğlu
Əliyev Rafiq Təvəkkül oğlu (050) 718-08-57

Şərhlər

XƏBƏR LENTİ