"Hara gedirəmsə, deyirlər, gəlib baxacağıq" - Quba sakini narahatdır...
"Həyətimdən ana qaz xətti və su kanalı keçir. Qaz sızmalarından vaxtında xəbər tutmasam, faciə baş verər". Qubanın Paşaoba kəndində yaşayan Habil Məmmədov 9 ildir əziyyət çəkir. Deməsinə görə, yaşadığı həyətin içindən 5 kəndi qazla təmin edən əsas qaz xətti və Samur-Abşeron kanalından ayrılan su qolu keçir. Bu xətlər keçmiş Sovet vaxtından istismar olunur və təhlükəlidir:
"Köhnə xətlərdir. Tez-tez sızmalar olur. Bir də görürsən qaz iyi ətrafı basıb. Aradabir yanğın da olub. Özüm xəttin böyür-başını dəmir parçaları ilə basdırmışam ki, qaz sızmasın. Qaz xətti ilə su kanalı bir-birlərinə yaxındır. Qaz xətti tez-tez kanala düşür və qaz sızması güclənir. Vaxtında xəbər tutmasam, faciə baş verər".
Habil Məmmədov deyir, ailədə və qonşularda azyaşlılar var. Bir tərəfdən qaz sızmasının qarşısını almaq, bir tərəfdən də azyaşlıları qorumaq çətindir. O, həm qaz xəttinin, həm də su kanalının ləğvindən ötrü aidiyyəti qurumlara müraciət edib: "Hara gedirəmsə, deyirlər, gəlib baxacağıq. Qaz xəttində hər an partlayış ola bilər. Dəfələrlə yanğının qarşısını almışam".
Qeyd edək ki, Qaz xətti İcnovqışlaq, Vəlvələ, Aşağı Bərqov və Yuxarı Bərqov kəndlərini qazla təmin edir. Ev sahibi deyir, xətdə təmir işləri aparılmasa, qışqabağı kəndlər qazsız qala bilər.
Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...