SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əhmədzadənin qardaşı Heydər Əliyev küçəsində yaşıllığı bu şirkətə satıb

Əhmədzadənin qardaşı Heydər Əliyev küçəsində yaşıllığı bu şirkətə satıb

Tarix:

14-10-2017, 11:00

/ 89 173 dəfə oxundu.
Əhmədzadənin qardaşı Heydər Əliyev küçəsində yaşıllığı bu şirkətə satıb

Zaqatalanın mərkəzi - Heydər Əliyev küçəsində yaşıllıq hasarlanıb. Yaxın günlərdə ağaclar məhv ediləcək
Bu barədə yerli sakinlərin verdiyi məlumata görə, Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə ərazini “Karvan İnşaat” MMC-yə satıb.
Şirkət ərazini mühasirəyə alaraq tikinti işlərinə hazırlaşır. Nəticədə yaşıllıqlar qurban veriləcək. M.Əhmədzadə böyük bir massivi və yaşıllıqları pula satıb. “Karvan İnşaat” MMC ərazini hasarlayaraq şirkətin adını lövhəyə yazıb.
Bu isə o deməkdir ki, yaşıllıqların yerində tikinti aparılacaq. İcra başçısı isə H.Əliyev küçəsində bu özbaşınalığa gedib. Zaqatala kimi gözəl bir şəhərin ekologiyası məhv edilir.
“Meliorasiya və Su Təsərrüfatı” ASC sədri Əhməd Əhmədzadənin qardaşı olan M.Əhmədzadə illərdir ki, bu rayona başçılıq edir.
M.Əhmədzadə rayonun sosial problemləri ilə əhalini baş-başa qoyub. Qarşılığında isə başı rayonu çapıb talamağa, sərvətlərinə yiyələnməyə, hotel-restoran biznesini inkişaf etdirməyə qarışıb.
Zaqatala kimi bir rayonda inhisarçılıq baş alıb gedir. Əhmədzadələr tərəfindən özəlləşdirilib. İstirahət zonaları, meşələri çay kənarlarını, restoranları və hətta hotelləri belə bütünlükdə Əhmədzadələrə məxsusdur.
Nəticədə isə Zaqatalada iş adamlarına sərmayələr yatırmağa imkan verilmir, rayonun sosial-iqtisadi inkişafına süni maneçilik törədilir.
Mübariz Əhmədzadə “regionların sosial iqtisadi inkişafı” proqramı çərçivəsində dövlət büdcəsindən ayrılan vəsaitin böyük bir hissəsini özünün yaratdığı şirkətlərə köçürməklə mənimsəyir. Bu səbəblər də onun istefasına təkan ola bilər.
Yerli sakinlərin verdiyi məlumata görə, Mübariz Əhmədzadə rayonda əsas rəhbər vəzifələrə yaxın qohumlarını təyin edib.
Digər tərəfdən isə, rayonda fəaliyyət göstərən fındıq qəbulu və istehsalı müəssisələrini də nəzarətə götürən başçı, eyni zamanda mebel istehsalı sahəsindəki biznesini də inkişaf etdirməklə gəlirlərini xeyli artıra bilib.
Mübariz Əhmədzadə hələ Qax rayonunda avtomobil dəstəsinin rəisi işlədiyi dövrdə, həmin rayondan deputat seçilmiş Azər Kərimli ilə şərikli mebel istehsalı biznesi qurub və həmin fəalliyyətini indi də davam etdirir.
Onların Qax, Zaqatala rayonlarından başqa Xırdalan şəhərində və paytaxtın Biləcəri qəsəbəsində də mebel istehsalı ilə məşğul olan sexləri var.
Həmin mebel sexlərində isə, mebel hazırlanmasında xammal kimi, Zaqatala və Qax rayonlarının ərazisindəki meşələrdən kəsilmiş qoz, şabalıd, palıd və cökə ağaclarından istifadə olunur. Şəxsi mənafeyləri üçün ağacları kəsən məmurlar, həmin rayonların təbiətinə, flora və faunasına külli miqdarda ziyan vururlar.
Rayonun mövcud infrastrukturunu, iqtisadiyyatını dağıdan Mübariz Əhmədzadə, Zaqataladakı çayçılıq və fındıqçılıq kimi gəlirli sahələri inkişaf etdirmək əvəzinə, onları məhv edir.
Belə ki, o, icra başçısı kimi fəaliyyətə başlayandan sonra, çayçılıq sovxozunda illərlə əkib-becərilən və tonlarla yüksək keyfiyyətli məhsul verən çay kollarını dağıdaraq, hektarlarla torpaq sahəsini ayrı-ayrı şəxslərə satıb.
Rayonun əksər kəndlərinə, o cümlədən Çobankol, Manirux, Qımır-Bazar, Mosul, Kəpənəkçi, Faldar, Qandax, Aşağı Cardaqlar, Masex və digər kəndlərə gedən yollar bərbad gündədir və təmir olunmalıdır.
Rayon sakinlərinin bu problemlərlə bağlı şikayət və müraciətləri isə cavabsız qalır. Həmçinin rayonun mərkəzi prospekt və küçələrində də təmir və abadlıq işləri keyfiyyətsiz aparılır, bir çox hallarda isə, hətta yarımçıq qalır.

Palitika.Az

Şərhlər

XƏBƏR LENTİ