Canpolad Vəliyevlə bağlı daha bir ittiham - ŞİKAYƏT
Redaksiyamıza Zərdab rayon Azərbaycan küçəsi bina 19, mənzil 8-də yaşayan Babayev Şakir Yusif oğlu tərəfindən şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaş xalqxeber.az-a-a yazır:
"DSMF-nin Zərdab Rayon Şöbəsinin müdiri Canpolad Vəliyevin əməlləri barəsində dəfələrlə müraciət etməyimizə baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Əjdər Cəbiyev sizlərə hər dəfə Canpolad Vəliyevi müdafiə edərək yalan məlumatlar verir. C.Vəliyevin müdir olduğu idarədə qanunsuzluq baş alıb gedir. Bu barədə bütün hüquq mühavizə orqanlarına dəfələrlə yazılı məlumatlar vermişik. Bütün bunlara baxmayaraq C.Vəliyevin törətdiyi bu əməllərə görə hələ də azadliqda gəzir. Hansı ki, 80 manat dəyərində bir quzu oğurlayan həmin anda həbs edilir. İndi mən burdan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri S.Müslümova səslənirəm. Necə olur ki, bir quzu oğurlayan bir neçə il azadlıqdan məhrum olunur C.Vəliyev kimi bir məmur dövlətin pulunu istədiyi formada mənimsəyərək dağıdır. Bu sual həqiqətən çox maraqlıdır. Bütün bu özbaşınalıqların başında duran aparat rəhbəri Ə.Cəbiyevdir".
xalqxeber.az olaraq bildiririk ki, narazı vətəndaş müraciətində əlavə ittihamlar da səsləndirib ki, həmin iddialarla kifayət qədər sualların olması səbəbindən işıqlandırmamaq qərarına gəldik.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...