SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Zaqatala RMX-nın yeni səhlənkarlığı - Vətəndaş QAX yolunda ÖLDÜ

Zaqatala RMX-nın yeni səhlənkarlığı - Vətəndaş QAX yolunda ÖLDÜ

Tarix:

2-10-2017, 11:26

/ 39 839 dəfə oxundu.
Zaqatala RMX-nın yeni səhlənkarlığı - Vətəndaş QAX yolunda ÖLDÜ

Bu gün verilən məlumatda iddia edilir ki, Zaqatala xəstəxanasına yerləşdirilən Zaqatala rayonunun Sumaylı kənd sakini 1968-ci il təvəllüdlü Rövşən Şamil oğlu Qurbanov həkimlərin qanuna zidd əməli nəticəsində vəfat edib. Bir gün öncə yanıq dərəcəsi ilə xəstəxanaya qəbul edilən xəstə reanimasiya şöbəsinə qəbul edilib. Reanimasiya qaydalarına görə, bu tip xəstə 72 saat tamam olmadan reanimasiya şöbəsindən çıxarılması qadağan olduğu halda, Zaqatala RMX-nın reanimasiya şöbə müdiri Teymur Həsənov və həkim Nübar Musayeva yeni qanunsuz addımlarının nəticəsini vətəndaş həyatı ilə ödəyib. Belə ki, dəfələrlə bu iki şəxsin əməlləri və xəstəxana daxilində qanunsuz addımları bir çox vətəndaşın həyatı ölümlə nəticələnib. Səhiyyə ocağına üz tutan xəstələrin həyatı təhlükəsi məhs bu xəstəxanaya müraciət etdikdə başlayır. R.Qurbanovda həmin həkimlərin qurbanına çevrilib. RMX-nın baş həkimi Şəki xəstəxanasında törətdiyi əmələrinə başı qarışaraq məsuliyyətini kimlərinsə öhdəsinə buraxaraq vətəndaşların həyatı ilə oynamaqdadır. Məcid Əliyevin xəstəxananı idarə etmək iqtidarında olmadığı, xəstəxanada özbaşınalığın höküm sürdüyü, səhiyyə qanunlarının Zaqatala RMX-da keçmədiyini iddia edən etibarlı mənbə TƏCİLİ TƏDBİRLƏRİN GÖRÜLMƏSİNƏ EHTİYAC DUYULDUĞUNU VURĞULAYIB. Zaqatala xəstəxanasına müraciət edən şəxslərin həkimlər tərəfindən səhv dioqnozların və müalicələrin nəticəsində əksəriyyətinin həyatı məhs burada ağırlaşdırılaraq ölümə tərk edilməkdədirlər. Vəfat etmi. Rövşən Qurbanovun isə Təcili Tibbi yardımla deyil xəstənin yaxınlarının şəxsi avtomobili ilə Bakı xəstəxanasına yola salınması həmdə 72 saat ranimasiyada saxlanılması vacibliyi olduğu təqdirdə Teymur və Nübar cütlüyünün bu cür başdan soyuqluq etməsi xəstənin yanına həkim vermədən yola çıxarması artıq cinayət məsuliyyəti daşımaqlarına yetərli səbəbdir. Bu gün isə hər bir cinayət törətmiş xəstəxana səlahiyyətlilərinin əzbərlədiyi bir söz var. Xəstənin yiyələri öz dillərindən kağız yazaraq xəstəsini aparmaq istədiyini deyib bizdə vermişik aparıb. Axı burda bir sual yaranır həkim sizsiniz yoxsa ki, xəstə sahibləri? Xəstə sahibi xəstəni aparmaq istəyirsə həkim prossedurlərə uyğun olaraq gedəcəyi xəstəxanaya onu təcili yardımla həkim müşahidəsi altında yola salmalıdır. Amma yox Zaqatala xəstəxanası adət ənənəsinə uyğun olaraq hər ay bir şəxs ölməsə imiclərinin pozulmuş olar. Cənab səhiyə naziri siz hələdə bu Zaqatala səhiyyəsini cərahiyyə otağına salaraq əməliyyat etmək niyyətində deyilsinizmi daha nə qədər insane ölümünü reallaşmasını gözləyirik. Zaqatala əhalisi can hayında həkimləri isə kef hayındadır. Bununla hara gedirik?
Qeyd edək ki, 01.10.2017-ci il tarixində saat 04:00 radələrində Zaqatala rayonunun Sumaylı kənd sakini 1968-ci il təvəllüdlü Rövşən Şamil oğlu Qurbanov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. MRX-dan mətbuata verilən məlumata görə, 49 yaşlı Rövşən Qurbanov müayinə vaxtı verdiyi ifadəsində bildirib ki, kəndin inzibati ərazisində çöl sahəsində ocaq yandıran zaman ehtiyatsızlıqdan yanıb.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Rövşən Qurbanova döş qəfəsinin, kürəyin, yuxarı ətrafların və aşağı sağ aralığın 3 dərəcəli termiki yanıq xəsarəti dioqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.
APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, mərhum Rövşən Qurbanov Qaxda xəstəxananın qəbul şöbəsinə daxil olan zaman onun yanında təkcə yaxınları olub, xəstəni müşayiət edən həkim və yaxid hər hansı bir tibb işçisi olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bakunews.az

Şərhlər

XƏBƏR LENTİ