SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Kürdəmirdə qalmaqal: Başçı nazirin kadrının “donosbaz”lığını ifşa etdi

Kürdəmirdə qalmaqal: Başçı nazirin kadrının “donosbaz”lığını ifşa etdi

Tarix:

24-09-2017, 23:55

/ 42 150 dəfə oxundu.
Kürdəmirdə qalmaqal: Başçı nazirin kadrının “donosbaz”lığını ifşa etdi

Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elman Məmmədov, müavini Vaqif Alıyev və idarənin baş məsləhətçisi Emil İbrahimov mətbuata tanış adlardır
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təyin etdiyi idarə rəisinin hələ Füzuli rayonunda şöbə müdiri işləyərkən orda sağ əli olan E.İbrahimovu özü ilə Kürdəmirə gətirməsi, buradakı fəaliyyəti haqda elektron mediada yetərincə xəbərlər yayımlanıb.
İdarə rəisinin Xocvənd, İmişlidə kütləvi ixtisarlar aparması, işçiləri incitməsi, nazirin tapşırıqlarına əks addımlar atması, Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş konserti yarımçıq tərk eləməsi haqda mətbuatda kifayət qədər yazılıb.
İndiyə qədər də E.Məmmədovla E.İbrahimov tandemi Kürdəmir və ona tabe olan rayonların mədəniyyət şöbələrinə vandal şəkildə məhv etməklə məşğuldurlar.
Füzuli rayonundan gələn hər iki kadr hazırki posta müvəqqəti bir gəlir obyekti kimi baxırlar.
Ona görə də mümkün qədər talan etmək və iş görməmək devizini əldə şüar tutublar. Amma adıçəkilən məmurların fəaliyyəti yuxarıda sadalanan əməllərlə məhdudlaşmır.
Məlumata görə, bu yaxınlarda Kürdəmirin icra başçısı Ceyhun Cəfərovla mədəniyyət idarəsinin baş məsləhətçisi Emil İbrahimov qarşılaşırlar.
İcra başçısı ona təpinərək irad tutur və sərt şəkildə xəbərdarlıq edir ki, onun əleyhinə təşkil etdiyi kampaniyanı dayandırsın.
C.Cəfərov E.İbrahimovun nəzərinə çatdırıb ki, dövlət idarəsində işlədiyi halda müxalifətçilik etməsindən, onun haqqında müxtəlif xəbər portallarına dezinformasiyalar göndərməsindən agahdlır.
İcra başçısının bu sözlərinin qarşısında duruxan E.İbrahimov özünü itirərək nə deyəcəyini bilməyib və C.Cəfərova qarşı getməkdən çəkinib.
O, icra başçısından “donos” yazmadığını bildirib və etdiklərini boynuna almayıb. Kürdəmir rayon rəhbəri isə ilk və son dəfə ona xəbərdarlıq etdiyini söyləyib.
Bu hadisəyə qədər isə Politika.Az və Ulus.Az saytlarının baş redaktoru, jurnalist Xəyyam Salmanzadə sosial şəbəkələrdə baş verənlərlə bağlı mühüm informasiya paylaşmışdı.
Onun eşitdiyinə görə, icra başçısı idarə rəisinin əlaltısını möhkəm danlayıb, tənqid edib, İbrahimov günahını etiraf etməyib. X.Salmanzadə qeyd edib ki, E.İbrahimov o yolun elə yolçusudur.
Onun sözlərinə görə, rəhbəri olduğu saytlarda Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyinin fəaliyyətindən tənqidi yazılar dərc olunmuşdu:
“O zaman Emil İbrahimov mənə zəng edərək qarşı tərəf kimi iddialara münasibət bildirmək üçün görüşmək istədiyini söylədi.
Mən də cavab haqqını tanımaq üçün görüşdüm və Emil İbrahimov mənə dedi ki, hər axşam idarə rəisi Elman Məmmədovla Kürdəmirdə parkda gəzirik, məni Füzulidən gətirib, ona yaxın kadr mənəm və parkda gəzərkən bizə qarşı olan təyiqləri müzakirə edirik.
Onun dediklərindən məlum olur ki, icra başçı bizə qarşı gedir, suyu 2 manata satdırır, tədbirlər keçirməyə imkan vermir, tədbirlərin çəkilişinə şərait yaratmır.
Emil demişdi ki, bizə problem yaradan həm də rəis müavini Vaqif Alıyevdir və icra başçısına yaxın adamdır. Emil İbrahimov görüşdə dediyi bu sözlərdən sonra məndən bu haqda yazmağı, icra başçısının onlara təzyiq göstərdiyini işıqlandırmağı xahiş etdi.
Amma mən onun istəyini yerinə yetirmədim və yazmadım. Bu hadisələrin üstündən keçir və icra başçısı ilə İbrahimov qarşılaşır, başçı onu danlayır, barəsində “donos” yazmağı dayandırmağı tələb edir. O da elə güman edir ki, bu haqda icra başçısına mən xəbər vermişəm”.
X.Salmanzadə bildirir ki, onunla Kürdəmirin icra başçısı arasında hər hansı əlaqə yoxdur:
“Çünki mən rəhbəri olduğum saytlarda onun fəaliyyətini tənqid edən materiallar vermişəm. İndi Emilin hərəkətlərini icra başçısına kim çatdırıb bilmirəm, amma, onun fakt qarşısında aciz qaldığı faktdır.
Hətta Emil İbrahimov bundan sonra ətrafımdakı adamlarla əlaqə saxlayaraq onlardan xahiş edib ki, Xəyyam mənimlə görüşsün, kömək eləsin, desin ki, başçı haqda o sözləri Emil deməyib. Mən də görüşmədim”.
E.Məmmədovla E.İbrahimovun C.Cəfərovla bağlı bəzi mətbu orqanlara dezinformasiyalar ünvanlaması Kürdəmirdə səs-küyə səbəb olub.
Bu cılız işlərə baş qoşan Kürdəmir mədəniyyət idarə rəhbərliyinin “donos” yazması üzə çıxanda C.Cəfərov məsələyə müdaxilə edib.
O, hər iki şəxsin diqqətinə çatdırıb ki, belə xırda işlərlə məşğul olmağa vaxtı yoxdur və rayonda hər kəs öz fəaliyyəti ilə məşğul olmalıdır.
Beləcə, E.Məmmədov və E.İbrahimov hər şeyi üzünə-gözünə bulaşdırır, atdıqları çamur da yapışmır.
Sonradan rayonda yayılmış məlumatlardan bəlli olur ki, hər iki şəxs ayrı-ayrı yerlərdə Kürdəmirin icra başçısının onları sıxışdırdığını danışır, işləməyə imkan vermədiyini söyləyir, bəzi xəbər saytlarına materiallar sızdırırlar.
Bundan əlavə E.Məmmədov bu postda müvəqqəti olduğunu rayonda şaiyə kimi yayır. Yaxın çevrəsinə danışır ki, tezliklə Füzuli rayonuna icra başçısı təyin olunacaq.
Bu mürəkkəb situasiyada çıxan nəticə odur ki, Kürdəmirin icra hakimi idarə rəisi və onun işçisinin bayağı konfliklətinə baş qoşmur, vətəndaşların problemləri ilə maraqlanır.
Eyni zamanda E.Məmmədovun yerində olmadığı da aydınlaşır. Belə olmasaydı, öz sahəsindəki boşluqları düzəldərdi, kitabxanaların, klubların, mədəniyyət evlərinin vəziyyətini öyrənərdi.
Ancaq göründüyü kimi, vəzifəsi mədəniyyət sahəsi olan bu məmurlar biabırçı işlərlə məşğuldurlar, başçıdan “donos” yazırlar, anonim məktublar göndərirlər.
Qeyd: Yazıdakı ittihamlarla bağlı Kürdəmir rayon Regional Mədəniyyət şöbəsinin müdiri Elman Məmmədovunda mövqeyini öyrənmişik. Şöbə müdirindən aldığımız müsahibəni yaxın saatlarda yayımlayacağıq...

Şərhlər

XƏBƏR LENTİ