Elektron ünvanımıza daxil olan məlumata görə, Sarıcalı kəndinin ərazisində, pay torpağı kimi sənədləşdirilən ərazidə keçmiş bələdiyyə sədri Salahov Namiq Dostu oğlu həmin kəndin sakini Mamedov Rafiq Yusif oğluna aid pay torpağını almış, Taynaq kəndindən olan Kərimov Əli Kərim oğlu ilə şərikli böyük ticarət obyekti inşa etdiriblər. Adı çəkilən ticarət obyektinə sözügedən rayonun rəhbər işçisinin də şərik olduğu daxil olan məlumatlar içərisindədir. Qeyd edək ki, Azərbaycan qanunvericiliyində pay torpaqlarında belə obyektlərin tikintisi qadağan olunur. Onda sual yaranır. Qanunların kobud şəkildə pozulması ansı zərurətdən yaranır. Jurnalist araşdırması davam etdiyi üçün tam ətraflı aşdırmalardan sonra məlumat veriləcək.
Pay torpaqlarında aparılan tikinti işləri hansı əsaslarla aparılıb?
Bu ticarət obyektinin vergi qeydiyyatl varmı?
Obyektin tikintisinə aid müvafiq sənədləşmə necə həyata keçirilib?
Azerbaycaninfo.az