XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Kürdəmirin "Qızıl Qaya" Restoranında müştərilərə hörmətsizlik-ŞİKAYƏT

Kürdəmirin "Qızıl Qaya" Restoranında müştərilərə hörmətsizlik-ŞİKAYƏT

Kürdəmirin "Qızıl Qaya" Restoranında müştərilərə hörmətsizlik-ŞİKAYƏT
19-09-2017, 16:25

Ötən həftə redaksiyaya Kürdəmir sakinlərindən şikayət məktubu daxil olmuşdur.

Faktla bağlı Kürdəmirə ezam olunan müxbirimiz, sakinlərin şikayətini araşdırmış və rayonun "Qızıl Qaya" restoranında həqiqətən də qanunsuzluq və özbaşınalığın hökm sürdüyünün şahidi olmuşdur.
Əməkdaşımız onu da bildirir ki, adıçəkilən restoranda istehlakçı hüquqlarının pozulması və müvafiq qanunvericilik tələblərinə əməl olunmaması faktı öz təsdiqini tapmışdır.
Cəmiyyətdə daim qınaq obyekti olmuş ictimai iaşə obyektləri və bu sahə ilə bağlı mövcud problemlərə toxunulmuş və mütəmadi olaraq media vasitəsilə geniş oxucu kütləsinə çatdırılmışdır.
Hər birimizə məlumdur ki, ictimai iaşə obyektləri - sanitariya norma və qaydalar əsasında fəaliyyət göstərməli, gigiyena və digər normativ-hüquqi aktların tələblərinə uyğun təşkil edilməsi ilə yanaşı, müvafiq tələblərə cavab verməlidir.
Lakin barəsində söhbət açdığımız "Qızıl Qaya" restoranında xidmətin təşkili qaydaları, istehlakçıların hüquqlarının müdafiəsi mexanizmi tələb olunan səviyyədən qat-qat aşağıdır.
Məhz bu səbəbdəndir ki, “Qızıl Qaya" restoranı ərazidə ən çox qanun pozuntusu qeydə alındığı ictimai iaşə subyektidir.
Tərtibatında göz oxşayan müasir üslübü və kosmetik gözəlliyi, müştərilərin gözlə görə bilmədikləri ciddi təhlükələrlə heç də üst-üstə düşmür. Çünki keyfiyyətə deyil, kəmiyyət maraqlarına xidmət edən restoran rəhbərliyi bura üz tutan istehlakçıların səhhətinə ciddi ziyan vurur .
Burada həmçinin restoranda hazırlanan məhsullara menyu, yaxud çeşid siyahısı tərtib edilməli olduğu halda, yemək adları müştərilərə şifahi şəkildə təqdim olunur.
Xidmətin çox zəif olduğu, işçlərin elementar etik normalara əməl etmədikləri "Qızıl Qaya" restoranında ərzaq məhsullarını lazımi şəraitdə saxlamaq üçün zəruri avadanlıqların olmaması ilə yanaşı, ərzaq xammalının, hazır məhsullarının mənşəyi, keyfiyyət və təhlükəsizliyi öz təsdiqini tapmır.
Xidmət zalında müştərilərin rahatlığını təmin etmək üçün zəruri vasitələrin olmaması və çay sifariş edən müştərilərə zorla snickers və rahat lokum sırıyan "gülərüz" ofisiantlar barəsində isə heç danışmağa dəyməz.
Məlumatlı mənbə müxbirimizə onu da bildirib ki, restoran artıq bir neçə ildir ki, vergi orqanları ilə qarşılıqlı “razılaşma” əsasında işləyir və tələb olunan vergi ödəmələrindən yayınır.
Buna sübut olaraq göstərilən xidməti əks etdirən kassa mədaxil qəbzlərinin olmamasıdır.
Restoranın çölündə pərakəndə şəkildə həyata keçirilən ticarət köşklərində isə müştərilərə nə gəldi satırlar.
Maraqlıdır ki, qanuna zidd məqamlarla "zəngin" olan Qızıl Qaya restoranı barəsində nə rayon İcra Başçısı Ceyhun Cəfərov, nə də Ərazi üzrə müvafiq orqanlar bugünədək lazımi ölçü götürməyiblər.
Müxbirimiz onu da bildirir ki, müştərilər neqativ ilgilərlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, bir nəticəsi olmayıb.
Görünür restoran sahibinin maddi durumu, "İstehlakçıların hüquqlarının qorunması haqıqnda Azərbaycan Respublikası Qanunundan qat-qat güclüdür.
Güman edirik ki, material efirə getdikdən sonra əlaqədar qurumlar əməli fəaliyyətə keçərək konkret sübutlara əsaslanan iddiaları təmin etmək məqsədi ilə istehlakçı hüquqlarının pozuntusu qeydə alınan Qızıl Qaya restoranında zəruri yoxlamalara start verəcək, sadalanan nöqsanların aradan qaldırılmasına təkan verəcəkdir.

OperativXeber.az
Kürdəmirin "Qızıl Qaya" Restoranında müştərilərə hörmətsizlik-ŞİKAYƏT
Kürdəmirin "Qızıl Qaya" Restoranında müştərilərə hörmətsizlik-ŞİKAYƏT
Kürdəmirin "Qızıl Qaya" Restoranında müştərilərə hörmətsizlik-ŞİKAYƏT
Kürdəmirin "Qızıl Qaya" Restoranında müştərilərə hörmətsizlik-ŞİKAYƏT

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.