Şamaxıda müdhiş oğurluq... - İTTİHAM VAR
Şamaxı rayonundakı mənbədən olduqca maraqlı məlumat daxil olub. Belə ki, mənbənin verdiyi məlumata görə “Azərişıq” ASC-nin Şamaxı Elektrik Şəbəkəsində nəzarətçi vəzifəsində işləyən Tural Rəsulov “Ağsu aşırımı” deyilən ərazidə obyektlərdən birinə baxış keçirərkən tikiliyə gələn elektrik xətlərini kəsib özü ilə aparıb. Mənbənin verdiyi məlumata görə həmin vaxt obyektdə kimsə olmayıb. Lakin sonradan hələ ki, adını dəqiqləşdirə bilmədiyimiz obyektin sahibi Şamaxı rayon polis idarəsinə oğurluq faktı ilə bağlı ərzə ilə müraciət edib. Məlumatı verən mənbə bildirdi ki, rayon polisi Tural Rəsulovu, iş adamının ərizəsi əsasında saxlasa da, bir gün sonra azad edib.
Məsələyə aydınlıq gətirmək üçün “Azərişıq” ASC-nin Şamaxı Elektrik Şəbəkəsinin satış şöbəsinin rəisi Yusif müəllimlə əlaqə saxlamaq cəhdimiz baş tutmadı. Şamaxı Elektrik Şəbəkəsinin rəisi Ceyhun Yəhyayevlə əlaqə saxlayan əməkdaşımızın hadisə ilə bağlı sualına öncə, “belə bir hadisədən xəbərim yoxdur” – cavabını verən şəbəkə rəisi, sonradan ümumiyyətlə Tural Rəsulov adlı işçilərinin olmadığını söylədi.
Mövzuya qayıdacağıq.
Redaksiyadan: Məlumatda adı çəklən qurum və ya şəxslərin də cavab haqlarını tanıyırıq və dərc etməyə hazırıq.
Conflict.az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...