SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bu, hələ Beyləqanın xırda ranqlı məmurudur... - FOTOLAR

Bu, hələ Beyləqanın xırda ranqlı məmurudur... - FOTOLAR

Tarix:

4-09-2017, 10:56

/ 58 737 dəfə oxundu.
Bu, hələ Beyləqanın xırda ranqlı məmurudur... - FOTOLAR

Beyləqan rayon İcra Hakimiyyətinin (RİH) Beyləqan şəhəri üzrə nümayəndəsi Bakir Balakişiyev 2015-ci ildə rayon rəhbəri Vaqif Abdullayev tərəfindən hazırki vəzifəsinə təyin olunana qədər Beyləqan Bələdiyyəsinin sədri işləyib. Yerli özünüidarəetmə qurumuna rəhbərlik etdiyi uzun müddət ərzində daha çox korruptiv əməlləri ilə yadda qalıb. Görünür, elə məhz bu “müstəsna” qabiliyyətinə görə icra başçısı onu daha mühüm, həm də daha münbit korrupsiya şəraiti olan dövlət qulluğu postuna irəli çəkib. Elə o vaxtdan hər il şəhərin abadlaşdırılması məqsədilə ayrılan 90-100 min manat civarında maliyyə vəsaiti Balakişiyevin sərəncamına verilib. Hətta ötəri, vizual müşahidə ilə də görmək mümkündür ki, bunca vəsaitin qarşılığında şəhərdə çox az abadlıq-quruculuq işləri həyata keçirilib. Görülən işlərin də keyfiyyətindən oğurlanıb. Bir məqamı da xüsusi qeyd etməyə dəyər ki, bu sahədə yerinə yetirilən işlərin əksər hissəsi iməcilik yolu ilə şəhərin idarə, müəssisə, təşkilatlarının əmək kollektivlərinin zorla cəlb olunduqları iməciliklər yolu ilə istismar edilmələri hesabına gerçəkləşdirilib. Və əlbəttə ki, işlərin həcmi şişirdilmiş rəqəmlərlə ifadə olunaraq RİH-nin və şəhər nümayəndəliyinin aktivinə yazılaraq başçı ilə nümayəndəlik sədrinin hesabatlarında öz əksini tapıb. Keyfiyyəti oğurlanmış, göstəriciləri şişirdilmiş həmin işlərin sırası uzundur.
Bu əsnada apardığımız araşdırmalar zamanı məlum olmuşdur ki, Bakir Balakişiyev Beylaqan şəhər Bələdiyyəsinin sədiri işləyən zaman karrupsiya yolu ilə özünə xeyli var-dövlət yığmışdır . Beyləqan əhəlisinə yaxşı məlumdur ki, Balakişiyevin rayonun girişi boyunca uzanan obyektlərinin dəyəri milyonlarla öçülür və bunları əldə etmək üçün Bakir Balakişiyev bələdiyyə sədiri işlədiyi zaman yüzlərlə saxta torpaq sənətləri verərək əldə etmişdir.Hətda bizdə olan məlmatlara görə bir obyekt yerinə iki və daha artıq adama sənət vermişdir .Ümüd edirik ki, bu işləri araşdırmalı olan dövlət orqanlar Balakişiyev haqqında lazımi tədbir görəcəklər.

obyektiv.org
Bu, hələ Beyləqanın xırda ranqlı məmurudur... - FOTOLAR
Bu, hələ Beyləqanın xırda ranqlı məmurudur... - FOTOLAR
Bu, hələ Beyləqanın xırda ranqlı məmurudur... - FOTOLAR
Bu, hələ Beyləqanın xırda ranqlı məmurudur... - FOTOLAR
Bu, hələ Beyləqanın xırda ranqlı məmurudur... - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ