Göyçay şəhər Bələdiyyəsinin sədri vətəndaşları söydü – VİDEO
Bildiyimiz kimi, bu yaxınlarda Cənab Prezident məmurlara vətəndaşlarla davranış qaydaları, öz tutduqları vəzifələrə hörmətlə yanaşmaları, milləti dövlətdən narazı salmamaları ilə bağlı sərt şəkildə sonuncu tapşırığını vermişdir. Çünki hər bir məmur tutduğu vəzifədə dövlətin yürütdüyü siyasətlə vətəndaşlara xidmət edir. Necə ki, bir çox rayonların icra hakimiyyəti binasına həm məmurlara xəbərdarlıq, həm də vətəndaşlara dövlətin siyasətini açıqlamaq üçün Ulu Öndərin bir məhşur cümləsi göz önündə sərgilənməkdədir. “Xalq dövlət üçün deyil, dövlət xalq üçün çalışmalıdır “
Bütün bu xəbərdarlıqlara baxmayaraq, bir çox məmurlar kimə və nəyə arxalanmaqları məlum olmadan vətəndaşlara qarşı kobud rəftarları bir yana, hətta insanlığa yaraşmayan tərzdə söyüşlə təhqir edirlər. Bu dəfəki “ qəhrəman” Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovdur.
O, Göyçay sahibkarlarının suallarını cavablandırarkən sual verən sahibkarın birinə “ bu ərazi mənimdir” demiş, davamında ətrafında xanımların da olmasına baxmayaraq cinsiyyət orqanının adını çəkərək təhqir etmişdir.
Bu qanunsuzluqla bağlı video çəkilişdə də hər şey açıq-aydın ortadadır. Ümid edirik ki, Cavid Rəhimovun bu özbaşınalığına qarşı Göyçay Rayon icra Hakimiyyəti başçısı Mehdi Səlimzadə və aidiyyatı orqanlar lazımi tədbirlər görəcəklər.. Həmin videonu sizə təqdim edirik:

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...