Göyçay şəhər Bələdiyyəsinin sədri vətəndaşları söydü – VİDEO

Bütün bu xəbərdarlıqlara baxmayaraq, bir çox məmurlar kimə və nəyə arxalanmaqları məlum olmadan vətəndaşlara qarşı kobud rəftarları bir yana, hətta insanlığa yaraşmayan tərzdə söyüşlə təhqir edirlər. Bu dəfəki “ qəhrəman” Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovdur.
O, Göyçay sahibkarlarının suallarını cavablandırarkən sual verən sahibkarın birinə “ bu ərazi mənimdir” demiş, davamında ətrafında xanımların da olmasına baxmayaraq cinsiyyət orqanının adını çəkərək təhqir etmişdir.
Bu qanunsuzluqla bağlı video çəkilişdə də hər şey açıq-aydın ortadadır. Ümid edirik ki, Cavid Rəhimovun bu özbaşınalığına qarşı Göyçay Rayon icra Hakimiyyəti başçısı Mehdi Səlimzadə və aidiyyatı orqanlar lazımi tədbirlər görəcəklər.. Həmin videonu sizə təqdim edirik: