SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Lənkərada kustar üsullu tibbi xidmət... NECƏ CAN ALIR

Lənkərada kustar üsullu tibbi xidmət... NECƏ CAN ALIR

Tarix:

17-08-2017, 17:12

/ 133 281 dəfə oxundu.
Lənkərada kustar üsullu tibbi xidmət... NECƏ CAN ALIR

"Bu boyda xəstəxanada “UZİ” müayinə aparatı yoxdur. Aparat bir həkimin şəxsi evindədir. Hamilə qadınlar bu müayinədən ötrü həkimin evinə gedirlər. Əlbəttə ki, belə xəstəxanada uşaq da ölər, böyük də..." Bunu Lənkəranda qeysəriyyə yolu ilə dünyaya gələn və 1 həftədən çox yaşamayan körpənin valideynləri deyir.

Masallının Həsənli kənd sakini, 20 yaşlı Kəmalə Vəlişova 5 günlük körpəsini itirib. Ailə üzvlərinin iddiasına görə, körpə həkimlərin səhv diaqnozunun və vaxtından əvvəl qeysəriyyə əməliyyatının qurbanı olub.

Kəmalə Vəlişovanın yaxın qohumu Mətanət Zahidova: "Masallı xəstəxanasında körpənin 32 həftəlik olduğunu dedilər, ancaq bu xəstəxanada yatırılmasına şərait yox idi. Həkimlər məsləhət gördülər ki, 5-10 gün xəstəxanada müayinə altında qalsa yaxşıdır. Ailə üzvləri də onu xəstəxanaya yatırmaq üçün Lənkərana gətirdilər. Burada xəstəxanada da onu qəbul etməmişdən əvvəl ultrasəs müayinəsi təklif etdilər. Dedilər, xəstəxanada aparat yoxdur, bir həkimin evində var, ünvanı verdilər, ailəsi Kəmaləni həmin evə apardı. UZİ-dən keçib müayinənin nəticəsini xəstəxanaya verəndə həkimlər dedilər ki, nə 32, körpə 36 aylıqdır və qeysəriyyə ilə götürülməsinin tam vaxtıdır. Guya təcili, lap bu dəqiqə götürülməsə, gec olacaq. Beləcə, bizi aldadıb gəlini əməliyyata saldılar, uşağı götürəndən sonra baxdılar ki, 32 həftəlikdir. O qədər etinasız, o qədər vecsiz davrandılar ki... Özü də bir sözləri var – adamı öldürürlər, sonra da deyirlər, belə şeylər tibdə olur, olan şeydir yəni, həkimin üstünə getməyin..."

Lənkəran sakini xəstəxanada vacib müayinə aparatlarının da olmamasından gileylənir: "Bu boyda xəstəxanada “UZİ” müayinə aparatı yoxdur. Aparat bir həkimin şəxsi evindədir. Hamilə qadınlar “UZİ” müayinəsi üçün həkimin evinə gedirlər. Əlbəttə ki, belə xəstəxanada uşaq da ölər, böyük də..."

Körpə vaxtından əvvəl götürüldüyü üçün küvezə yerləşdirilib. Lakin 5 gün sonra küvezdən onun nəşi çıxarılıb.

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ