Yasin Əliyevin Notariat kontoruna rəis sevdası “düyünə” düşüb
Beyləqanın təhsil müdirinin öz oğlunun “yağlı” vəzifə tutması üçün sövdələşdiyi səlahiyyətli şəxslər qərar verməyə tərəddüd edirlər.
Ölkə mediasında adı nurçularla bir arada hallanan Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovanın qanunsuz əməlləri barədə mətbuatda gedən və faktlarla təsdiqini tapan silsilə məqalələrdə ehtiva olunan məsələlərdən biri də bu olmuşdur ki, xanım məmurun öz vəzifəsindən sui-istifadə edərək topladığı haram kapital onun övladlarını da özlərindən müştəbeh edib. Analarının pulu və əlaqələri hesabına rayonda “strateji” vəzifələrə, gəlirli obyektlərə yiyələnən oğullar haqlı tənqidlərə də dözümsüzlük nümayiş etdirir, dostluq etdikləri kriminal ünsürlərin köməyi ilə sayt rəhbərini tənqid etməkdən belə çəkinməmişlər.
Xuraman Rüstəmovanın bir oğlu Beyləqan rayon məhkəməsində sədrin köməkçisi işləyən Yasin Əliyevin respublikada ən az reytinqli “Təfəkkür” Universitetini “bitirməsi”, saxta diplom daşıması, rüşvət hesabına 1 saylı notariat kontoruna müdir getməyə hazırlaşdığı barədə yazmışdıq.
Bu əsnada əldə etdiyimiz məlumata görə, bu niyyətin həyata keçməsi üçün Xuraman Rüstəmova ilə Yasin Əliyevin “centlmen sövdələşməsi” yapdıqları nüfuzlu şəxslər (böyük ehtimalla Ədliyyə Nazirliyinin səlahiyyət sahibləri) indi naçar vəziyyətdə qalıblar. Belə ki, notariat kontorunun müdirəsi Şəmsiyyə Hüseynovanı postundan ayıracaq vaxt yetişmiş, müqaviləsinin vaxtı bitmişdir. Etibarlığına şüphə etmədiyimiz şəxsin redaksiyamıza verdiyi məlumatlara görə, indiyəqədər KİV-də bu mövzuda gedən, sövdələşmənin reallaşması yolunda yeganə əngəl olan tənqidi yazılar səlahiyyətli şəxslərin tərəddüdünə səbəb olmuşdur. Belə ki, Yasin Əliyevi vəzifəyə təyin edən qurum rəsmisi ana və oğulun qarşısında mətbuatı susdurmaq, həmin yazıları internet resurslarından silinməsinə nail olmaq şərti qoyulmuşdur. Artıq Yasin Əliyevin emissarlarının bu istiqamətdə çabaları müşahidə edilməkdədir. Başqa KİV-lə bu müstəvidə apardıqları danışıqların nə ilə nəticələnəcəyi barədə heç bir proqnoz vermək istəmirik. Ancaq “Sonolay.org” saytı hansı təpki ilə üzləşəcəyindən asılı olmayaraq, haqq yolundan dönməyəcək. Milli Mətbuat Günündə möhtərəm Prezidentimiz İlham Əliyevin “Jurnalistlər mənim köməkçilərimdir” deməsi bizə ruh verir, üzərimizə böyük məsuliyyət qoyur. Bu məsuliyyəti dərindən dərk edərək, ədalətsizliyə, qanunsuzluqlara dərhal operativ reaksiya verməyi, cəmiyyətin və dövlət orqanlarının diqqətini həmin məsələlərə cəlb etməyi özümüzə başlıca vəzifə hesab edirik.
P.S. Qeyd edək ki, bir müddət əvvəl Yasi Əliyevin Beyləqan rayon 1 Notariat kontoruna rəis təyin edilməsi üçün 150 min manat rüşvət verməsi barədə ictimayyətdə geniş müzakirəyə səbəb olmuşdur. Hesab edirik ki, Ədliyyə Naziri cənab Fikrət Məmmədov Yasin Əliyevi bu vəzifəyə təyin etməzdən öncə onun ali diplomunun dövlət nümunəvi sənəd olub olmamasına da diqqət yetirəcəkdir.
“Sonolay.org”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...