Göyçay RİH-də idarə rəisinin qardaşı oğlundan 1000 manatlıq oğurluq
Göyçay Rayon İcra Hakimiyyətinin nəzdində olan Sanitar Təmizlik İdarəsində özbaşınalıq baş verib
Hüquq müdafiəçisi Taleh Xasməmmədovla istinadla yazırıq ki, idarədə nəzarətçi işləyən Vasif Əliyev abonentlərdən 1000 manatdan çox pul yığaraq aradan çıxıb.
Ondan yığılan pulların idarənin xəzinəsinə keçirməsini tələb etdikdə isə cavab verib ki, “hərə bir tərəfdən dağıdır, mən də payımı götürmüşəm. Əhalidən adambaşına 30 qəpik əvəzinə, hər evdən 3 manat pul yığılır, bunun idarəyə ziyanı yoxdur".
İdarənin rəisi Loğman Əliyevin qardaşı oğlu olan, ən etibar etdiyi işçisi Vasif Əliyevin əhalidən pul yığaraq qaçması rayonda ciddi söz-söhbətə səbəb olub. Rayon sakinləri STİ-nin bərbad iş fəaliyyətini qınayırlar.
Sadəcə, son aylar hər gün demək olar ki, Göyçayda məmur özbaşınalığı, talançılıq, qanunsuzluq faktları barədə xəbərlər meydana çıxır.
Bundan öncəki icra başçılarının dövründə belə intensiv şəkildə xəbərlər tirajlanmırdı. Görünür ki, Mehdi Səlimadənin gəlişi ilə Göyçayda vəziyyət pisliyə doğru irəliləyib.
Göyçayda son dövrlər qalmaqallı hadisələr çoxalıb. Rayon rəhbərliyi açıq-aşkar qanunsuzluqlar etməkdədir və RİH-dən mediada gedən məlumatlara əhəmiyyət də verilmir.
Prezident isə bildirib ki, ictimai nəzarət olmalıdır, jurnalistlər məmur özbaşınalığından yazmalıdır, onlar köməkçilərimdir.
M.Səlimzadə isə istədiyi dərəbəyliyi yaradıb və mətbuatı da saymır. Bu həm də prezidentə qarşı getməkdir.
Göyçaya Mehdi Səlimzadənin icra başçısı təyin olunduğu gündən qulaq hər gün bir söz eşitməsə “kar” olar; Bu günə kimi Mənsur Məmmədov, Mübariz Ağayev, Yaşar Məmmədov Göyçaya rəhbərlik ediblər...
Onların da heyrətamiz əməlləri, talançılığı az olmayıb. Amma M.Səlimzadə xələflərini qabaqlayaraq onlara rəhmət oxudur. Çünki gəldiyi gündən Göyçayda özbaşınalıq halları artıb.
İndi də Göyçayda 10 kilometrlərlə uzunluğunda su boruları əhalinin gözü qarşısında sökülərək başqa ərazilərə daşınır.
Əvvəlcə əkin sahələrinin suvarılması üçün istifadə olunan nikel və dəmir borular çıxarılırdısa, indi də azbes borular naməlum istiqamətlərə daşınır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...