SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bayrağa qarşı edilən hörmətsizlik - Beyləqan rayon rəhbəri hara baxır?

Bayrağa qarşı edilən hörmətsizlik - Beyləqan rayon rəhbəri hara baxır?

Tarix:

31-07-2017, 15:22

/ 60 820 dəfə oxundu.
Bayrağa qarşı edilən hörmətsizlik - Beyləqan rayon rəhbəri hara baxır?

Beyləqan rayon icra başçısı Vaqif Abdullayev rayonla heç maraqlanmır. Rayon daxilində şikayətlər günü-gündən artır xalqın narazılıq sədaları yüksəlməkdədir. Yüksələn narazılıqlar öz həllini tapmadığı azmış kimi bu səfərdə Bayrağa qarşı hərmətsizlik əhalinin ruh yüksəkliyini zədələyib. Beyləqan sakinlərindən verilən məlumata görə Beyləqan rayon Daşburun dəmir yol stansiyasında Azərbaycan bayrağına hörmətsizlik edilir. Beyləqan sakini redaksiyamıza bildirib ki, "məmurların millətin qürur mənbəyi olan bayraqla bu cür rəftarı qəbul edilməzdir!"
Daşburun dəmir yol stansiyasında Azərbaycan bayrağına qarşı hörmətsizlik edilməkdədir. Beləki, bir neçə gündür Beyləqan rayon Daşburun dəmir yol stansiyasında yüksələn Azərbaycan Respublikasının Bayrağı cırılmış, amma buna nə stansiya rəhbəri nə də İcra hakimiyyəti reaksiya verməməkdədir. Redaksiyamıza məlumat verən Beyləqan rayon sakini xalqa laqeyid qalanlar bayrağa qayğı göstərə bilməz şuarını səsləndirdi.
Beyləqan sakinlərindən aldığımız məlumata görə, Dəmir yol stansiyasında çalışanlar özləri üçün münbit şərait yaratmış əyləşib kef çəkdikləri kabinetlərinə peyk antenler quraşdırmış hər cür şərait yaratmağı bacarırlar. Amma görünən odur ki bu insanlar onlara dövlət tərəfindən edilən etimadı layiqincə dəyərləndirə bilməyiblər.
Rayonun səlahiyyət sahibləri bir neçə gündür cırılan bayrağı dəyişməyi özlərinin səlahiyyətinə aid olmadıqların düşündüşlərindən bu məsələyə dırnaq arası yanaşmaqdadırlar. Milli Hidrometeorologiya Departamentindəndə verilən xəbərlərə görə bu 3 günlük müddətdə o qədər yüksək sürətli külləklərin olmaması və bayrağın hansı səbəbdən cırılaraq yararsız hala düşməsidə artıq ayrı bir araşdırılası mövzudur. İndi isə ən əsas məsələ Rayon İcra hakimiyyəti və Dəmir Yol ASC əməkdaşlarının məsələyə biganə yanaşmasıdır.
Məlumat gec saatlarda həmdə istirahət gününə təsadüf etdiyindən qarşı tərəflərin mövqeyini əldə edə bilmədik. Məsələ ilə bağlı qarşı tərəfin istənilən saatda mövqeyin dinləməyə hazırıq.

BakuNews.az
Bayrağa qarşı edilən hörmətsizlik - Beyləqan rayon rəhbəri hara baxır?
Bayrağa qarşı edilən hörmətsizlik - Beyləqan rayon rəhbəri hara baxır?

Şərhlər

XƏBƏR LENTİ