XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Kürdəmirin icra başçısı vəzifəsini itirə bilər? – adı “MTN işi”ndə hallanan Ceyhun Cəfərov...

Kürdəmirin icra başçısı vəzifəsini itirə bilər? – adı “MTN işi”ndə hallanan Ceyhun Cəfərov...

Kürdəmirin icra başçısı vəzifəsini itirə bilər? – adı “MTN işi”ndə hallanan Ceyhun Cəfərov...
31-07-2017, 09:29

Kürdəmirin icra başçısı Ceyhun Cəfərov rayona icra hakimi təyin olunduğu vaxtdan etibarən mətbuatda ancaq neqativ əməlləri ilə gündəmə gəlib

Ceyhun Cəfərovun adı son vaxtlar medianın güdəmini əməlli-başlı zəbt edib. Onun qanunsuz əməlləri, törətdiyi özbaşınalıqlar haqda saytlarda çoxlu sayda yazılara rast gəlmək mümkündür. Hətta deyilənlərə görə, Ceyhun Cəfərov Kürdəmirin tarixini ən tamahkar icra başçısı kimi adını yazdırıb.

Uzun müddət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov tərəfindən himayə olunan Ceyhun Cəfərov hələ də davam edən “MTN işi”ndə adının hallanmasından bərk narahatlıq keçirir.
Etibarlı mənbədən aldığımız məlumata görə, o, yaxın çevrəsində söhbəti zamanı faktların üstünün açılmasına görə vəzifədən kənarlaşdırılmasından qorxduğunu dilə gətirib.
Hətta bu narahatlıq Ceyhun Cəfərovu qeyri-rəsmi iclas keçirərərək vəziyyətin mürəkkəbliyi barədə müzakirəyə vadar edib.
Çünki C.Cəfərov hazırda siyasi dayaqlarını tamamilə itirib və Kürdəmir icra hakimi vəzifəsindən gedişi bu gün-sabah məsələsidir. Odur ki, MTN olaylarında ona aid yeni-yeni faktların ifşa edilməsi onu daha da müşkül vəziyyətə salıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinın həbs olunmuş sabiq aparat rəhbəri Vidadi Zeynalovla yaxın qohumluğu, sabiq rabitə naziri Əli Abbasovun isə himayəsinə sığınması icra başçısında belə bir təəssürat yaradırdı ki, o, toxunulmazdır.
Ancaq hakimiyyətin hal-hazırki planları C.Cəfərovun düşündüklərinin tam əksinədir.
“MTN işi”ndə adı keçən vəzifə sahiblərinin qanunsuz hərəkətlərinin öz çılpaqlığı ilə aşkara çıxdığı məhkəmə proseslərinin davam etdiyi bir dövrdə Ceyhun Cəfərovun vəzifəsindən kənarlaşdırılması an məsələsidir.
Məlumatda həmçinin qeyd olunur ki, Əli Abbasovun işdən çıxarılması, qohumu Vidadi Zeynalovun isə həbsə atılması Kürdəmir RİH başçısının gələcəklə bağlı planlarını əməlli-başlı pozub.
Kürdəmir RİH-nin başçısının prezidentin tapşırıqlarına qarşı olan və öz maraqlarını təmin edən addımları bu gün də rayon sakinləri arasında ciddi narazılıqların yaranmasına səbəb olur.

Rayonda əhalinin sosial tələblərinə laqeyd yanaşan icra başçısı bununla da narazılığın daha da artmasına rəvac verir. O, rayonu xəracyığma sistemilə idarə edir.

Kürdəmirə icra başçısı təyin edildikdən sonra Ceyhun Cəfərovun ilk “iş”i sahibkarları sıxışdırmağa başlamaq olub.
C.Cəfərov 2011-ci ilədək Yasamal RİH-də başçı müavini işləyib. Yeri gəlmişkən, 2006-cı ildən 2017-ci ilə qədər Yasamal RİH-nin başçısı İbrahim Mehdiyev idi.

O, vəzifəyə gələr-gəlməz elə həmin il öz kadrı olan C.Cəfərovu irəli çəkərək Xətai MKTB rəisi işindən öz müavini vəzifəsinə gətirmişdi. Təsadüfi deyildi ki, C.Cəfərovla İ.Mehdiyevin adı uzun illər eyni qruplaşmada hallandı.

2011-dən 2014-cü ilə qədər Tərtərin icra başçısı olmuş C.Cəfərov nəhayət, elə həmin il Kürdəmirə başçı təyin olunur. Bununla da şəbəkələşmiş qruplaşmanın əlaqələri möhkəmlənir, maliyyə resursları güclənir, Kürdəmirdə kök salır.
Belə bir nəticəyə gəlmək olar ki, Ceyhun Cəfərov daim şəxsi mənafeyini və ən çox əlbir olduğu qruplaşmanın maraqlarını dövlətçilik ənənələrinin üstündə tutub. Prezident İlham Əliyev tərəfindən göstərilən etimaddan öz əlaqələrini möhkəmləndirmək və daha güclü olmaq üçün istifadə edib.
MTN rəhbərliyinə biət edən Ceyhun Cəfərovun kimin qərarlarını daha üstün tutaraq atdığı addımlar, Bakının ətraf ərazilərindən birində əlbir olduğu qruplaşma üzvləri ilə bölüşdürdüyü torpaqlar və başqa şok faktlar növbəti yazıda öz əksini tapacaq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.