SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şamaxı İcra Hakimiyyəti vətəndaşın hasarını sökdürdü

Şamaxı İcra Hakimiyyəti vətəndaşın hasarını sökdürdü

Tarix:

29-07-2017, 12:02

/ 88 588 dəfə oxundu.
Şamaxı İcra Hakimiyyəti vətəndaşın hasarını sökdürdü

İcra başçısının birinci müavini Qasım Qasımov məsələ barəsində xəbərsizdir.

Şamaxı Rayon İcra Hakimiyyəti məmurlarından şikayət daxil olub. Şamaxı sakini Əli Müseyib oğlu Quliyev iyulun 28-də bildirib ki, rayonun Çuxuryurd kəndi ərazisindəki şəxsi torpaq sahəsinə çəkməyə başladığı daş hasarı rayon icra hakimiyyətinin memarı və işçiləri söküblər.

“Çuxuryurddakı mənə məxsus 29 sot torpaq sahəsinin bütün sənədləri var. İcra hakimiyyətindən çıxarış sənədi də var. Xeyli vaxt idi torpaq sahəm hasarsız idi. Buna görə də heyvan-qaranın tapdağına çevrilirdi. Çətinliklə bir az pul toplayıb daş, sement aldım ki, heç olmasa 1 metr hündürlükdə hasar hördürüm, mal-qaranın qarşısını ala bilək. Yarım metrə yaxın hasar hörülmüşdü. İyulun 27-də rayon icra hakimiyyətinin memarı, bir neçə işçiləri və Məlhəm kəndinin icra nümayəndəsi gəldilər əraziyə. Mənə dedilər ki, hasar sökülməlidir. Mən torpağın sənədlərlə mənə məxsus olduğunu, qanunsuz iş görmədiyimi dedim. Ümumiyyətlə, orada hansısa hasar tikintisi həyata keçirirsənsə, icra hakimiyyətinə 1000 manat pul verməlisən. Sanki yazılmamış qanundur bu 1000 manatın verilməsi. Mən dedim ki, imkanım yoxdur pul verməyə. Söhbət bu vəziyyətdə qaldı. Mən ərazidən gedəndən az sonra həmin adamlar özləri ilə ekskavator da gətiriblər və hasarı sökdürüblər. Həmin şəxslər Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımovun tapşırığını yerinə yetirdiklərini danışırdılar. Söküntü zamanı da yaxınlıqdakı qonşulara belə deyiblər”, - deyə o qeyd edib.

Şikayətdə deyilənlərlə bağlı icra başçısının birinci müavini Qasım Qasımov bildirib ki, belə bir söküntü hadisəsindən məlumatsızdır:

“Mən Çuxuryurdda Əli Quliyev adlı şəxsin hasarının sökülməsi barədə məlumata malik deyiləm. Belə bir göstərişi də verməmişəm. Mənim adımın çəkilməsi və guya mənim adımdan kiminsə pul istəməsi isə yalandır”.

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ