İqtidardan şok tələb: Qaçqın rayonların deputatları səfərbər edilir
Hakimiyyət işğal edilmiş rayonlarımızdan millət vəkili seçilənlər qarşısında sərt tələblər qoyub
Əldə etdiyimiz məlumata görə, deputatlardan məcburi köçkünlərlə təması artırmaq istənilib.
Son günlər mediada məcburi köçkünlərlə bağlı müzakirələr gedir, müxtəlif fikirlər səslənir, təkliflər irəli sürülür. Qaçqınların heysiyyatına toxunan tezislər də mətbuat səhifələrində görünür ki, iqtidar kifayət qədər həssaslıq nümayiş etdirir.
Məcburi köçkünlərə ayrılan vahid müavinətdən sonra deputatlara təlimat verilib ki, onlarla tez-tez görüşsünlər, problemlərini dinləsinlər, narazı qaçqın ordusu yetişməsinə zəmin yaratmasınlar.
Əldə etdiyimiz xəbərə görə, bəzi deputatların fikirləri qıcıq yaradıb. İqtidar həmin millət vəkillərinə zamanında cəza verib, xəbərdarlıq edib. İndi yeni situasiya yaranıb və onlardan köçkünlərə qarşı daha sıx münasibət göstərilməsi tələb edilib.
Əldə etdiyimiz məlumata görə, qaçqın rayonlarının deputatları səfərbər olunacaqlar. Onlar Ağdamda, Horadizdə, Taxtakörpüdə, köçkünlərin məskunlaşdıqları müxtəlif rayonlara görüşlərinin sayını artıracaq.
Məlumatda deyilir ki, Elman Məmmədov, İmamverdi İsmayılov, Astan Şahverdiyev, Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Aqil Abbas, Flora Qasımova, Cavid Qurbanov, Bahar Muradova qaçqın rayonların millət vəkilləridir.
Onların arasında A.Şahverdiyev çıxışı ilə qalmaqal yaratmışdı. Bundan sonra deputatlara diqqətli olmaq və regionlara tez-tez səfərlər etmək tapşırılıb.
Əgər hansısa qaçqından şikayət daxil olarsa, Prezident Administrasiyası tərəfindən həmin millət vəkilinə xəbərdarlıq olunacaq və limit dosyesinin üstünə bir “quş” qoyulacaq.
Parlamentin bəzi üzvləri məcburi köçkünlərin heysiyyatına toxunmaq, onların hüquqlarını müdafiə etmək əvəzinə qıcıqlandırmaq, qaçqınları qızışdırmaq və dövlətin üstünə qaldırmaq kursunu seçib. Son zamanlar deputatların çıxışlarında yalnız bu neqativ xətti sezmək mümkündür.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub