Səfir: “Azərbaycan və İran əlaqələri sarsılmazdır”
“Mədəniyyət və media sahəsindəki əməkdaşlıq İran və Azərbaycan arasındakı əlaqələrin inkişafında mühüm rol oynayır”
Bunu açıqlamasında İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.
O bildirib ki, Azərbaycan və İran arasında hərtərəfli əlaqələrin, mədəni, ictimai və media əməkdaşlıqlarının inkişafı İran səfirliyi üçün əsas prioritetdir: “Səfirliyin Mədəniyyət Mərkəzi və Ümumi Siyasət və Mətbuat şöbəsi dost və qardaş Azərbaycanın aidiyyəti orqanları ilə əməkdaşlıq edərək birgə planların icrası ilə iki ölkənin mədəni, ictimai və media əlaqələrinin inkişafına nail olmağa, iki ölkə arasındakı tarixi, mədəni və dini bağlılıqları layiq bir səviyyəyə çatdırmağa çalışırlar. Azərbaycan və İran əlaqələri sarsılmazdır və bütün sahələrdə inkişafa doğru gedir”.
Səfirin sözlərinə görə, İran və Azərbaycan prezidentlərinin ötən 4 il ərzində 8 görüşü baş tutub. C. Cahangirzadə il ərzində 2 ölkənin 1.5 milyondan çox vətəndaşının qarşılıqlı səfərlərini iki ölkə arasında mövcud olan tarixi, mədəni və dini bağlılıqların nəticəsi olaraq qiymətləndirib.
Səfir qeyd edib ki, gələn həftə İranın Mədəniyyət və İslami İrşad nazirinin media işləri üzrə müavini Hüseyn İntizaminin başçılığı ilə media nümayəndə heyəti Bakıya səfər edəcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?