Etibar Məmmədovun partiyasında heç kim sədr olmaq istəmir
“Hazırda yay fəslidir. İnsanların istirahət etmə dövrüdür. Ona görə də indiki durumda AMİP-də qurultay keçirilməsindən və sədr seçilməsindən danışmağa dəyməz”
Bunu açıqlamasında AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib.
O bildirib ki, qurultayın keçirilməsi və sədrin seçilməsindən payızda danışmaq olar.
“Güman ki, payızda qurultay məsələsinə baxmaq olar. Amma hələlik konkret bir təşəbbüs də yoxdur. Qurultayın vaxtı müəyyənləşəndə namizədlər də öz iddialarını ortaya qoyacaqlar. İndi isə qeyri-müəyyənlikdir. Ona görə də hansısa namizəd məlum vaxta qədər kampaniya aparmalı, imza toplamalıdır. Qurultayın vaxtı müəyyənləşmədiyindən iddiaçı da yoxdu.
İkincisi, bizim müddəada namizədliklə bağlı iddia da yoxdu ki, qurultay çağırılmazdan əvvəl namizədlər istədikləri kimi hərəkət etsinlər. Ona görə də hər şey qurultayın vaxtının dəqiqləşməsindən asılıdır”.
Qeyd edək ki, Azərbaycan Milli İstiqlal Partiyasının keçmiş sədri Yusif Bağırzadə 2015-ci il oktyabrın 7-də partiya rəhbərliyindən və üzvlüyündən səhhəti ilə bağlı imtina etdiyini açıqlayıb. İki ildən artıqdır ki, AMİP sədrsiz qalıb. Yeni sədrin seçilməsi üçün isə daxili nizamnaməyə görə qurultay çağırılmalıdır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?