XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Ermənilər mövqelərimizi toplardan ATƏŞƏ TUTUR

Ermənilər mövqelərimizi toplardan ATƏŞƏ TUTUR

Ermənilər mövqelərimizi toplardan ATƏŞƏ TUTUR
11-05-2023, 17:59

Müdafiə Nazirliyi Kəlbəcər istiqamətində törədilən erməni təxribatı ilə bağlı növbəti məlumat yayıb.

Nazirlikdən  verilən məlumata görə, mayın 11-i saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun şərti sərhəddin bu istiqamətdəki mövqelərini D-30 toplarından istifadə etməklə atəşə tutur.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.