“Azərbaycana qarşı təzyiqlər təkcə Rusiyadan deyil” — Etibar Məmmədov SÜKUTU POZDU
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və ilk sədri Etibar Məmmədov ölkədə gələn il keçiriləcək prezident seçkiləri ərəfəsi vəziyyəti qiymətləndirib.
E.Məmmədov açıqlamasında deyib ki, hazırda ölkədə siyasi vəziyyət qaynar deyil.
Son vaxtlar Rusiyanın Azərbaycana qarşı təzyiqlərinin artması məsələsinə də toxunan E.Məmmədov bunun ənənəvi hal olduğunu bildirib:
“Rusiyadan Azərbaycana qarşı təzyiqlər hər zaman olub və bundan sonra da olacaq. Nə qədər ki, qonşuluqda Rusiya var və Azərbaycan onun maraq dairəsinə daxildir, ölkəmizə qarşı hər zaman bu cür təzyiqlər davam edəcək. Rusiyanın “beşinci kalonu” isə hər zaman Azərbaycanda hərəkətdədir”.
AMİP lideri qeyd edib ki, Azərbaycana qarşı təzyiqlər təkcə Rusiyadan deyil, digər dövlətlərdən də olur:
“Hansı dövlətlərin Azərbaycanda maraqları varsa, həmin dövlətlər tərəfindən təzyiqlər olunur. Azərbaycanda “beşinci kalonların” olmaması üçün daxildə monolitlik, güclü birlik olmalıdır. Azərbaycanın daxilindəki bütün qüvvələr bir-birini qəbul etməlidir. Bu olan təqdirdə heç bir “beşinci kalon” ölkədə çaxnaşma yarada bilməz. Əgər daxildə siyasi sabitlik olsa, daxili gərginlik olmasa, heç bir xarici dövlət Azərbaycanda öz komandasını işə sala bilməz. Şəxsən mən hər zaman Azərbaycan daxilində birliyin tərəfdarı olmuşam”.
E.Məmmədov Azərbaycanda siyasətə qayıdıb-qayıtmaması ilə bağlı sualı isə belə cavablandırıb:
“İndi mənim siyasətə qayıdıb-qayıtmamağım barədə məsələni hər kəs müzakirə edə bilər. Ancaq mən bu barədə heç yerdə fikir bildirməmişəm. Siyasətə qayıtmağımla bağlı suala isə cavab vermək istəmirəm”.
Ölkə.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?