SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezidentin uğurlu fəaliyyəti ölkəmizin inkişafına xidmət edir

Prezidentin uğurlu fəaliyyəti ölkəmizin inkişafına xidmət edir

Tarix:

20-12-2022, 13:19

/ 292 dəfə oxundu.
Prezidentin uğurlu fəaliyyəti ölkəmizin inkişafına xidmət edir

 
2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyevin özü qədər inandığı İlham Əliyevə verməklə Ümummilli Liderin siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermiş oldu. Zaman göstərdiki, Azərbaycan xalqı bu seçimində yanılmadı. Bu gün Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin strateji hədəflərində Azərbaycan ailəsini sosial-iqtisadi baxımdan  dünyanın ən inkişaf etmiş ölkələrində yaşayan ailələr səviyyəsində görmək istəkləri yer alır. Mənəvi baxımdan isə bu istəklər milli qürur və vətənpərvərlik ideallarına söykənərək möhkəmlənir.
Sonrakı illərdə növbəti Prezident seçkiləri zamanı xalqımız cənab İlham Əliyevə təkrarən səs verib ona – bu yola olan inamını təsdiq və təsbit etdi. Ulu Öndərin ideyalarında varislik, ənənələrə bağlılıq, strateji müttəfiqlərlə etibarlılıq prinsipləri  müstəqilliyimizin dönməzliyi və əbədi olmasına istinad edən siyasi inkişaf kursumuzun ideologiyasına çevrildi. Ölkə başçımızın Ulu Öndərin ideyalarından vüsət alan  hərbi-diplomatik uğurlu siyasət taktikası ərazilərimizin işğaldan azad edilməsini şərtləndirdi.  
Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. 30 ilə yaxın dövrdə doğma el-obalarının həsrəti ilə yaşayan məcburi köçkünlərimiz, eləcə də bütün xalqımız qələbə sevincinin  qürurunu yaşadı. Zəfər Bayramının dəyərləri milli iftixar mənbəyinə çevrildi.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir.
“Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik” - Prezident İlham Əliyev.
 
 Könül Əfəndiyeva – YAP üzvü

Şərhlər

XƏBƏR LENTİ