SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Azərbaycan xalqının Ümummilli Lideri

Azərbaycan xalqının Ümummilli Lideri

Tarix:

9-12-2022, 10:35

/ 287 dəfə oxundu.
Azərbaycan xalqının Ümummilli Lideri

 
XX əsrin son onilliyində Azərbaycan xalqı və Azərbaycan ziyalıları ölkənin düşdüyü çətin vəziyyətdən çıxartmağın, daxili qarşıdurmanın, vətəndaş müharibəsinin qarşısının alınmasının yeganə yolunun Ulu Öndər Heydər Əliyevin ökədə hakimiyyətə gəlişində gördülər. Öz tarixi köklərinə söykənən müstəqil Azərbaycan  cəmiyyətində  siyasi sistem  institutu bir təsisat olaraq 1993-cü ildən yeni, həm də çətin bir mərhələyə qədəm qoymağa başladı. Həmin il hakimiyyətə gələn Ulu Öndər mədəniyyətimizi, siyasi dəyərləri dağılmaq təhlükəsindən xilas etmiş oldu. Ümummilli liderin qətiyyətli  addımları nəticəsində Azərbaycanın maddi sərvətləri, mənəvi dəyərlərı özünə  qaytarıldı. Hələ o vaxt dahi rəhbər dilimizi, mənəviyyatımızı, milli-mənəvi dəyərlərimizi Azərbaycanın gələcəyi üçün qoruyub saxlamağın vacibliyini mühüm şərt kimi qarşıya qoyurdu. Dövlət siyasətinin səmərəlliyi bütün dövrlərdə Ulu Öndərimiz Heydər Əliyevin böyük diqqəti və qayğısı əhatəsində olmuşdur.
Ulu Öndərin yenidən siyasi hakimiyyətə qayıdışı ilə suveren, müstəqil Azərbaycanın təməlini qoydu. Ulu Öndər ilk diqqəti məhz cəmiyyətin daxili resurslarına səfərbərliklə başladı. Cəmiyyətə yönələn müasir mütərəqqi ideyalar Ulu Öndər şəxsiyyətinin böyüklüyündən xəbər verirdi. Müstəqil dövlət qurmaq üçün vacib olan milli iradədən tutmuş iqtisadi imkanlar və beynəlxalq dəstək də daxil olmaqla, bütün şərtlər məhz Ümummilli liderin ideyaları ilə reallaşdı. Nəticədə ölkənin sərvətləri, iqtisadı, siyasi və mədəni potensialı, əlverişli geosiyasi vəziyyəti, zəngin neft-qaz yataqları və digər resursları həm müstəqil dövlət quruculuğunu, həm də Azərbaycanın regionda və dünyada özünə layiq yerini tutmasını şərtləndirirdi. Müstəqil dövlət qurmaq üçün vacib olan milli iradədən tutmuş iqtisadi imkanlar və beynəlxalq dəstək də daxil olmaqla, bütün şərtlər, demək olar ki, mövcud idi. Ölkənin sərvətləri, iqtisadı, siyasi və mədəm potensialı, əlverişli geosiyasi vəziyyəti, zəngin neft-qaz yataqları və digər resursları həm müstəqil dövlət quruculuğunu, həm də Azərbaycanın regionda və dünyada özünə layiq yerini tutmasını şərtləndirirdi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi sayəsində Azərbaycan öz müstəqilliyini əbədi və dönməz etdi. Bu uğurlu siyasətin nəticəsidirki bu gün Azərbaycan qalib və güclü dövlət kimi dünya dövlətləri arasında oz layiqli yerini tutur. 
                                                             
 
Könül Əfəndiyeva – YAP üzvü

Şərhlər

XƏBƏR LENTİ