Ceyhun Bayramov Kanadanın xarici işlər naziri ilə telefonla danışıb
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Kanadanın xarici işlər naziri Melani Joli arasında telefon danışığı baş tutub.
Bu haqda XİN məlumat yayıb.
Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində genişmiqyaslı təxribatları barədə məlumat verib və yaranmış vəziyyətdən Azərbaycan tərəfinin ciddi narahatçılığını qarşı tərəfin diqqətinə çatdırıb. Ermənistanın məqsədyönlü təxribatlarının və normallaşma prosesinə maneələrinin silsilə xarakteri daşıdığı, son təxribatlarda 79 hərbi qulluqçumuzun həlak olduğu vurğulanıb.
Nazir Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərini, dövlətlərin suverenliyi və ərazi bütövlüyünü daim dəstəklədiyi və son 30 il ərzində keçmiş münaqişənin məhz bu prinsiplər əsasında həllini dəstəklədiyi barədə məlumat verib. Azərbaycanın bölgədə yenidənqurma işləri həyata keçirdiyi və külli miqdarda sərmayələr qoyduğu, məcburi köçkünləri öz yurdlarına qaytardığı bir dönəmdə vəziyyətin gərginləşməsində maraqlı olmadığı və Ermənistan ilə normallaşma prosesini irəlilədən tərəf olduğu bildirilib.
Kanada xarici işlər naziri Melani Joli bölgədə gərginlikdən narahatlığını diqqətə çatdırıb, atəşkəsə əməl olunmasının əhəmiyyətini bildirib. Sabitliyin təmin olunmasının və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam etməsinin vacib olduğunu vurğulayıb. Minasızlaşdırma səylərinin əhəmiyyəti diqqətə çatdırılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...