XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » "Ermənistana beynəlxalq təzyiq göstərilməsinə çağırırıq" - Nazir

"Ermənistana beynəlxalq təzyiq göstərilməsinə çağırırıq" - Nazir

"Ermənistana beynəlxalq təzyiq göstərilməsinə çağırırıq" - Nazir
30-08-2022, 13:46

 
Xarici işlər naziri Ceyhun Bayramov I Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılarla bağlı Ermənistana beynəxalq təzyiq göstərilməsi üçün çağırış edib.

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov "Twitter"də yazıb.

"Bu gün Beynəlxalq İtkinlər Günüdür. Demək olar 30 ildir ki, Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyi məlum deyil. Biz beynəlxalq hüquq çərçivəsində öhdəlikləri yerinə yetirmək üçün Ermənistana beynəlxalq təzyiq göstərilməsinə çağırırıq", - deyə nazir bildirib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.