Prezident "Qaraheybət" şəhidlərinin yeddisini təltif edib - SİYAHI

Prezident İlham Əliyevin bu gün təltif etdiyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları arasında “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı baş vermiş helikopter qəzasında həlak olan 7 hərbçinin adı da var.
Xalqxeber.az xəbər verir ki, təltif edilən sərhədçi şəhidlər aşağıdakılardır:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Əliyev Xəyyam Əlixan oğlu – kapitan (ölümündən sonra)
“Vətən uğrunda” medalı ilə
Əhmədov Elburus Səmrəddin oğlu – mayor (ölümündən sonra)
Əliyev Emil Elman oğlu – mayor (ölümündən sonra)
Əhmədxanov Ceyhun Xanlar oğlu – tibb xidməti kapitanı (ölümündən sonra)
Qaraisayev Teymur Ənvər oğlu – kapitan (ölümündən sonra)
Nağıyev Fərid Təyyar oğlu – baş leytenant (ölümündən sonra)
Süleymanov Abdulla Telman oğlu – leytenant (ölümündən sonra)
Xatırladaq ki, DSX-nin hərbi helikopteri 2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...